Xəbər Lenti
Bugün, 13:03
Vəkillərə "Elektron Məhkəmə" informasiya sisteminin yeni versiyası ilə bağlı təlim keçiriləcək
29-03-2026, 17:31
Musiqi sahəsində uğurlarına görə Nesli Özsoy “Meslek Onur Ödülü” ilə təltif olundu
Mart qırğınları etnik təmizləmə siyasətinin tərkib hissəsi idi
Məşhur Məmmədov
Milli Məclisin deputatı
31 mart tarixi Azərbaycan xalqının yaddaşına yalnız bir matəm günü kimi deyil, həm də milli kimliyin, tarixi həqiqətlərin və ədalət uğrunda mübarizənin simvolu kimi həkk olunmuşdur.
Bu tarix 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla dövlət səviyyəsində rəsmiləşdirilmiş və hər il geniş şəkildə qeyd olunmağa başlanmışdır.
Bu qərar təkcə tarixi hadisələrin xatırlanması deyil, həm də uzun illər gizlədilmiş həqiqətlərin üzə çıxarılması baxımından mühüm dönüş nöqtəsi olmuşdur.
Azərbaycanlılara qarşı həyata keçirilmiş qırğınların kökləri daha qədim dövrlərə gedib çıxsa da, xüsusilə XIX əsrdən etibarən regionda baş verən geosiyasi dəyişikliklər bu faciələrin miqyasını genişləndirmişdir. Rusiya imperiyasının Cənubi Qafqaza daxil olması ilə demoqrafik vəziyyət süni şəkildə dəyişdirilmiş, erməni əhalisinin kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməsi prosesi başlamışdır.
Bu proses, erməni millətçi dairələrinin irəli sürdüyü mifik “Böyük Ermənistan” ideyasının həyata keçirilməsi üçün zəmin yaratmışdır. Nəticədə, azərbaycanlılara qarşı sistemli etnik təmizləmə siyasəti formalaşmış, bu siyasət müxtəlif dövrlərdə deportasiya, qırğın və soyqırımı aktları ilə müşayiət olunmuşdur.
1918-ci il mart hadisələri soyqırımının kulminasiya nöqtəsi oldu. 1918-ci ilin mart-aprel aylarında baş verən hadisələr Azərbaycan tarixində ən qanlı səhifələrdən biridir. Bakı Soveti və erməni daşnak silahlı dəstələrinin iştirakı ilə həyata keçirilən qırğınlar nəticəsində on minlərlə dinc azərbaycanlı yalnız etnik və dini mənsubiyyətinə görə amansızcasına qətlə yetirilmişdir.
Bu hadisələr təkcə Bakı şəhəri ilə məhdudlaşmamış, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və digər bölgələri də əhatə etmişdir. Ümumilikdə 30 mindən çox insanın öldürüldüyü, on minlərlə insanın isə öz yurd-yuvasından didərgin düşdüyü qeyd olunur.
Xüsusi amansızlıqla törədilən bu cinayətlər zamanı yalnız azərbaycanlılar deyil, bölgədə yaşayan digər xalqların nümayəndələri – ləzgilər, yəhudilər, ruslar, avarlar və talışlar da qırğınlara məruz qalmışdır. Bu faktlar hadisələrin sırf etnik və dini zəmində aparılan sistemli zorakılıq aktı olduğunu təsdiqləyir.
Şamaxıda törədilən qırğınlar xüsusilə dəhşətli miqyası ilə seçilir. Tarixi mənbələrə görə, minlərlə insan, o cümlədən qadınlar və uşaqlar xüsusi qəddarlıqla qətlə yetirilmiş, yüzlərlə kənd dağıdılmışdır. Fövqəladə İstintaq Komissiyasının materialları bu cinayətlərin sistemli xarakter daşıdığını sübut edir.
Quba qəzasında baş verən hadisələr də soyqırımının miqyasını açıq şəkildə göstərir. 2007-ci ildə Qubada aşkarlanan kütləvi məzarlıq bu faciənin real sübutlarından biridir. Sonradan burada yaradılan Quba Soyqırımı Memorial Kompleksi bu hadisələrin yaddaşlarda yaşadılması baxımından mühüm rol oynayır.
Milli tarix və yaddaş məsələlərinə xüsusi diqqət ayıran ölkə rəhbəri İlham Əliyev 31 mart hadisələrinin xatirəsinin yaşadılması istiqamətində konkret addımlar atıb. Onun təşəbbüsü ilə Quba Soyqırımı Memorial Kompleksi yaradılıb və istifadəyə verilib. Bu kompleks 31 Mart soyqırımı qurbanlarının xatirəsinə həsr olunub və həmin dövrdə baş verən faciələri əks etdirir. Burada tapılmış kütləvi məzarlıqlar əsasında tarixi faktlar nümayiş olunur. Prezident İlham Əliyev kompleksin açılışında iştirak edərək bu hadisələrin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb.
İrəvan və Zəngəzur bölgəsində də etnik təmizləmə həyata keçirilib.
1918–1920-ci illərdə İrəvan quberniyasında və Zəngəzur bölgəsində azərbaycanlılara qarşı həyata keçirilən qırğınlar genişmiqyaslı etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. Yüzlərlə kənd yerlə-yeksan edilmiş, yüz minlərlə insan öldürülmüş və ya qaçqın vəziyyətinə düşmüşdür.
Bu hadisələr yalnız fiziki məhv etmə ilə məhdudlaşmamış, həm də azərbaycanlıların tarixi-mədəni irsinin sistemli şəkildə silinməsi ilə müşayiət olunmuşdur.
Soyqırımı hadisələrinə dövlət səviyyəsində siyasi-hüquqi qiymətin verilməsi məhz Ulu öndər Heydər Əliyev tərəfindən atılan addımlarla mümkün olmuşdur. 1998-ci il fərmanı ilə 31 martın rəsmi anım günü elan edilməsi bu istiqamətdə mühüm addım idi. Bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Onun çıxışlarında bu hadisələr yalnız tarixi fakt kimi deyil, həm də beynəlxalq hüquq çərçivəsində qiymətləndirilməsi zəruri olan bəşəri cinayət kimi təqdim olunur.
31 mart hadisələrinin araşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması bu gün də aktual olaraq qalır. Uzun illər sovet ideologiyası çərçivəsində bu hadisələrin gizlədilməsi, sənədlərin məhv edilməsi həqiqətlərin üzə çıxarılmasını çətinləşdirmişdir.
Lakin müstəqillik dövründə aparılan elmi araşdırmalar, arxiv sənədlərinin üzə çıxarılması və beynəlxalq platformalarda aparılan informasiya siyasəti nəticəsində bu hadisələr haqqında daha dolğun təsəvvür formalaşmağa başlamışdır.
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü yalnız keçmişin faciəsini xatırlatmaq deyil, həm də gələcək nəsillərə tarixi həqiqətləri çatdırmaq məsuliyyətidir. Bu günün qeyd olunması milli yaddaşın qorunması, ədalətin bərpası və beynəlxalq səviyyədə həqiqətlərin tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu faciələrin unudulmaması, qurbanların xatirəsinin ehtiramla yad edilməsi və tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması hər bir azərbaycanlının mənəvi borcudur. Tarix yalnız xatırlananda deyil, həm də düzgün dərk ediləndə gələcək üçün dərsə çevrilir.