Abşeron rayonu Hökməli qəsəbəsində yağış sularının törətdiyi fəsadlar uğurla aradan qaldırılır – FOTOLAR
"Torpağımızı qazırlar, məhkəmənin qərarını saymırlar" - MTK və vətəndaş arasında qalmaqal
Vəkillərə "Elektron Məhkəmə" informasiya sisteminin yeni versiyası ilə bağlı təlim keçiriləcək
Vəziyyət pisləşir: Trampın Rusiya neftinin idxalına icazəsi Kubanı xilas edəcəkmi?
İranla müharibə nəzarətdən çıxır? – Dünya iqtisadiyyatının tənəzzülü ilə bağlı SOS
Xarazinin evi vuruldu - Özü yaralıdır, arvadı öldü

İranın Strateji Xarici Əlaqələr Şurasının rəhbəri Kamal Xarazinin ABŞ və İsrailin həyata keçirdiyi hücum nəticəsində ağır yaralandığı bildirilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İran mediasının yaydığı məlumatda deyilir.
Bildirilib ki, hücum Xarazinin Tehrandakı iqamətgahına edilib. Hadisə zamanı o, ciddi xəsarətlər alıb və dərhal xəstəxanaya çatdırılıb. Xarazinin həyat yoldaşı hücum zamanı həyatını itirib.
Qeyd edək ki, Kamal Xarazi uzun illər İran siyasi sistemində mühüm vəzifələrdə çalışıb. O, ölkənin Ali Lideri Əli Xamenei dövründə baş müşavir kimi fəaliyyət göstərib.
Hazırkı lider Müctəba Xamenei isə Əli Xameneinin prezidentliyi dövründə vəzifəsində çalışan bütün vəzifəli şəxslərdən vəzifələrində qalmalarını xahiş etmişdi. Xarazi həmçinin xarici işlər naziri vəzifəsində də çalışıb.






















































