Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
Xamenei İsraili vurmaq əmri verdi – NYT

İranın ali dini lideri Ayətullah Əli Xamenei İsrailə birbaşa hücum əmri verib. Beləliklə, İran HƏMAS lideri İsmayıl Haniyənin Tehranda məhv edilməsinə cavab vermək istəyir.
Bu barədə Qaynarinfo "The New York Times”a istinadən xəbər verir.
Adı açıqlanmayan üç İran rəsmisi nəşrə bildirib ki, Xameneyinin əmri İranın Ali Milli Təhlükəsizlik Şurasının iclası zamanı verilib.
Eyni zamanda, NYT mənbələri aydınlaşdırıb ki, İran hərbi komandanlığı Tel-Əviv və Hayfa yaxınlığındakı hərbi hədəflərə pilotsuz uçuş aparatları və raketlərlə növbəti zərbə endirmək imkanını nəzərdən keçirir. Eyni zamanda, İran "mülki hədəflərə hücumlardan qaçmağa çalışacaq”.
Jurnalistlərin həmsöhbətləri onu da aydınlaşdırıblar ki, bu, İran və onun Yəmən, Suriya və İraqdakı "müttəfiq qüvvələrinin” koordinasiyalı hücumu ola bilər.
Adı açıqlanmayan rəsmilər bildiriblər ki, Xamenei hərbi komandirlərə müharibənin genişlənəcəyi və İsrail və ya ABŞ-ın İrana zərbə endirəcəyi təqdirdə həm hücum, həm də müdafiə planları hazırlamağı tapşırıb.
Nizami Bağırov






















































