Menu
Xəbər Lenti
Rasim Balayev vəfat etdi
29-03-2026, 17:11

Rasim Balayev vəfat etdi

Yeni layihəsi bəlli oldu
29-03-2026, 09:53

Yeni layihəsi bəlli oldu

02 Nis 06:19Manşet / Dünya

Xarazinin evi vuruldu - Özü yaralıdır, arvadı öldü

xarazinin-evi-vuruldu

İranın Strateji Xarici Əlaqələr Şurasının rəhbəri Kamal Xarazinin ABŞ və İsrailin həyata keçirdiyi hücum nəticəsində ağır yaralandığı bildirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran mediasının yaydığı məlumatda deyilir.

Bildirilib ki, hücum Xarazinin Tehrandakı iqamətgahına edilib. Hadisə zamanı o, ciddi xəsarətlər alıb və dərhal xəstəxanaya çatdırılıb. Xarazinin həyat yoldaşı hücum zamanı həyatını itirib.

Qeyd edək ki, Kamal Xarazi uzun illər İran siyasi sistemində mühüm vəzifələrdə çalışıb. O, ölkənin Ali Lideri Əli Xamenei dövründə baş müşavir kimi fəaliyyət göstərib.

Hazırkı lider Müctəba Xamenei isə Əli Xameneinin prezidentliyi dövründə vəzifəsində çalışan bütün vəzifəli şəxslərdən vəzifələrində qalmalarını xahiş etmişdi. Xarazi həmçinin xarici işlər naziri vəzifəsində də çalışıb.