HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Buna görə onlara “bye-bye” dedim”

ABŞ Prezidenti Donald Tramp Şimali Atlantika Alyansı (NATO) ilə münasibətlərin kəsilməsinin əsl səbəbinin Qrenlandiya məsələsi olduğunu etiraf edib.
“Qafqazinfo” xəbər verir ki, Tramp yenə də NATO-nu “kağız pələng” adlandıraraq, ABŞ-nin artıq bu ittifaqa ehtiyacı olmadığını bəyan edib.
O, Alyans üzvlərini ABŞ-ın maraqlarına xidmət etməməkdə və xüsusilə Qrenlandiya planlarına mane olmaqda ittiham edib:
“Düzünü bilmək istəyirsinizsə, hər şey Qrenlandiya ilə başladı. Biz Qrenlandiyanı istəyirik, onlar isə onu bizə vermək istəmirlər. Buna görə mən də onlara “bye-bye” (sağ ol) dedim”.
Xatırladaq ki, cari ilin yanvarın 5-də Tramp ABŞ-ın milli təhlükəsizliyini qorumaq üçün Danimarka Krallığının muxtar hissəsi olan Qrenlandiya üzərində nəzarəti bərqərar etmək niyyətini açıqlamışdı. Bu bəyanat NATO daxilində ciddi böhrana səbəb olmuş, Danimarka Müdafiə Nazirliyi isə adaya hər hansı hücum olacağı təqdirdə cavab zərbəsi endirəcəklərini bəyan etmişdi.























































