“Bank Respublika”nın “Qızıl Seçim” lotereyasının ikinci tirajına sayılı günlər qaldı
“Haqsızlıqlar var, təsadüfi insanlar rəhbərlik etməyə çalışırlar” - Yalçın Adıgözəlov
170 illik “The Telegraph” almanlara satıldı

Böyük Britaniyanın 170 illik nüfuzlu qəzetlərindən biri olan “The Telegraph” Almaniyanın “Axel Springer” media qrupu tərəfindən satın alınıb.
“Qafqazinfo” xəbər verir ki, Böyük Britaniya hökuməti uzun illər davam edən satış prosesindən sonra razılaşmanı təsdiqləyib.
Mədəniyyət naziri Lisa Nendi birləşmə ilə bağlı rəqabət və xarici mülkiyyət narahatlıqlarının müdaxilə üçün əsas yaratmadığını bildirib.
Razılaşmaya əsasən, “Axel Springer” “The Telegraph”ın çap və rəqəmsal aktivləri üçün təxminən 575 milyon funt-sterlinq (təxminən 661 milyon dollar) ödəyəcək.
Şirkət artıq “Bild” və “Die Welt” qəzetləri, eləcə də, “Politico” platformasının sahibi kimi tanınır.
Satış prosesi təxminən üç il davam edib. 2023-cü ildə ABŞ-də yerləşən “RedBird Capital” və Əbu-Dabidən olan “International Media Investments” arasında formalaşan “RedBird IMI” konsorsiumu ilə ilkin razılaşma əldə olunsa da, Britaniya hökuməti mətbuat azadlığı və xarici təsir riskləri səbəbindən prosesə müdaxilə etmişdi.
“Axel Springer”in baş icraçı direktoru Matias Döpfner bildirib ki, qəzetə əlavə investisiyalar yatırılacaq və “The Telegraph” redaksiya müstəqilliyini və Britaniya kimliyini qoruyacaq.






















































