Xəbər Lenti
23-11-2026, 07:48
Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
21-11-2026, 17:42
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
21-11-2026, 12:55
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
21-11-2026, 08:36
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
20-11-2026, 11:20
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
20-11-2026, 11:02
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
20 Mrt 09:53Dünya
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
Böyük Britaniya hökuməti İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib.
AZƏRTAC Britaniya mətbuatına istinadla xəbər verir ki, Sepahın 7 rəhbər şəxsinin adı sanksiyaların tətbiq olunduğu şəxslərin siyahısına salınıb. Sepahın kooperativ fondunun idarə heyətinin sədri Əli Əsgər Novruzi və onun müavini Seyid Əminullah Təbəbatəbayi və idarə heyətinin digər üç üzvünə sanksiyalar tətbiq olunub. Bununla yanaşı, Sepah-ın iki regional şöbəsinin rəhbəri - Əhməd Zülqədri və Əlirza Heydərianın da adları siyahıya daxil edilib.
Böyük Britaniya hökuməti adı çəkilən şəxslərə İranda insan hüquqlarını kobudcasına pozduqlarına görə sanksiya tətbiq olunduğunu açıqlayıb.
Sepah ötən ilin sentyabrında 22 yaşlı qızın polis zorakılığına məruz qaldıqdan sonra ölməsindən sonra ölkədə davam edən kütləvi aksiyaları yatırmaq üçün xüsusi qəddarlıq nümayiş etdirib. Aksiya iştirakçıları nəinki döyülüb, həm də öldürülüb.
Sanksiyalara əsasən, Sepah rəhbərlərinin Böyük Britaniya banklarındakı maliyyə aktivləri dondurulub və onların ölkə ərazisinə girişi qadağan edilib.