Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Livan-İsrail atəşkəsi 3 həftə uzadıldı

Livan-İsrail atəşkəsi 3 həftə uzadılıb.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrail və Livan nümayəndələri ilə keçirilən görüşdən sonra sosial media hesabında yazıb.
Tramp danışıqların müsbət keçdiyini bildirib. Onun sözlərinə görə, ABŞ Livanın təhlükəsizliyinin gücləndirilməsi istiqamətində dəstəyini davam etdirəcək və xüsusilə “Hizbullah” təhdidinə qarşı əməkdaşlıq edəcək.
Prezident qeyd edib ki, Vaşinqtonda baş tutan görüşdə tərəflər arasında razılıq əldə olunub və mövcud atəşkəs rejimi daha 3 həftə qüvvədə qalacaq. Tramp yaxın vaxtlarda İsrailin Baş naziri Benyamin Netanyahu və Livan Prezidenti Cozef Aunla ayrıca görüşlər keçirməyi planlaşdırdığını vurğulayıb.
Qeyd edək ki, İsrail ordusu martın 2-də Livanın cənub bölgələrinə genişmiqyaslı hava hücumları həyata keçirib və bir sıra yaşayış məntəqələrini nəzarətə götürüb. Hücumlar nəticəsində ölkədə humanitar vəziyyət ağırlaşıb.
Livan hökumətinin məlumatına görə, münaqişə səbəbindən məcburi köçkünlərin sayı 1 milyonu keçib.
Xatırladaq ki, aprelin 17-də tərəflər arasında 10 günlük müvəqqəti atəşkəs qüvvəyə minmişdi. İsrail hökuməti atəşkəsə razılaşdığını bildirsə də, cənub bölgələrdə hərbi mövcudluğunu davam etdirəcəyini açıqlamışdı.























































