Menu
Xəbər Lenti
İmtahan günüdür
Bugün, 10:22

İmtahan günüdür

Arda Turan cəzalandırıldı
24-04-2026, 07:49

Arda Turan cəzalandırıldı

26 Nis 11:50Manşet / Dünya

“Bu, Rusiya ilə açıq qarşıdurma üçün istifadə oluna bilər”

bu-rusiya-ile-aciq-qarsidurma-ucun-istifade-oluna-biler

“Orta Şərqdəki münaqişə NATO tərəfindən Rusiya ilə açıq qarşıdurmaya hazırlıq üçün istifadə oluna bilər”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə “Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri general-mayor Apti Alaudinov bildirib.

Onun sözlərinə görə, ABŞ, İsrail və İran arasındakı gərginlik Qərbin diqqətini çəkib.

Eyni zamanda, Alaudinov qeyd edib ki, “ABŞ və NATO blokunun bir-birindən uzaqlaşması” görüntüsü yaransa da, bu, yalnız zahiri xarakter daşıyır.

General, həmçinin deyib ki, NATO gələcəkdə Rusiya ilə açıq müharibəyə girə bilər.

Onun fikrincə, Avropa ölkələri də artıq Ukraynanın bu müharibəni qazana bilməyəcəyini görür və Rusiya ilə qarşıdurmaya hazırlaşdıqlarını açıq deməyə başlayıblar.

Alaudinov ölkənin təhlükəsizliyi yalnız qalib gəldiyi halda təmin oluna biləcəyini əlavə edib.