Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Xarici seriallara baxanları edam edir

Şimali Koreyada lider Kim Çen In dövründə edamların sayında ciddi artım müşahidə olunur. Xüsusilə xarici seriallara baxanlar və siyasi ittihamlarla günahlandırılan şəxslər sərt cəzalara məruz qalır.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreya Covid-19 pandemiyası dövründə həm ictimai nəzarəti gücləndirib, həm də repressiv tədbirləri artırıb.
Bununla bağlı hazırlanan hesabatda qeyd olunur ki, son beş il ərzində edam və ölüm hökmlərinin sayı əvvəlki dövrlə müqayisədə iki dəfədən çox artıb. Ölüm hökmünə məhkum edilənlərin sayı isə üç dəfədən çox yüksəlib. Araşdırma çərçivəsində yüzlərlə qaçqının ifadələrinə əsaslanaraq, 144 konkret edam və ölüm hökmü işi təhlil edilib.
Hesabatda pandemiyadan sonra “xarici mədəniyyətin istehlakı”na qarşı cəzaların daha da sərtləşdiyi vurğulanır. Xüsusilə Cənubi Koreya filmləri, televiziya seriallarını izləyən və musiqilərini dinləyən şəxslər ağır cəzalara, o cümlədən edama məhkum edilə bilirlər.
Bundan əlavə, liderin tənqid olunması kimi siyasi ittihamlar da edam cəzalarının əsas səbəblərindən biri kimi göstərilir. Bu, ölkədə artan daxili narazılıqlara qarşı hakimiyyətin sərt reaksiyası kimi qiymətləndirilir.
Məlumata görə, edamların təxminən 75 faizi ictimai şəkildə icra olunur və çoxu güllələnmə yolu ilə həyata keçirilir. Bu isə cəmiyyət üzərində qorxu mühitinin gücləndirilməsi məqsədi daşıyır.
Şimali Koreyada siyasi məhbuslar üçün nəzərdə tutulan düşərgələrdə təxminən 65 min insanın saxlanıldığı bildirilir. Bu şəxslər ağır məcburi əmək və digər ciddi hüquq pozuntuları ilə üzləşirlər.
Birləşmiş Millətlər Təşkilatı rəsmiləri isə bildirir ki, ölkədə insan hüquqları sahəsində vəziyyət son on ildə yaxşılaşmaq əvəzinə, daha da pisləşib.























































