Menu
Xəbər Lenti
Zamana sığmayan zəka...
17-06-2026, 15:38

Zamana sığmayan zəka...

Azərbaycan nefti ucuzlaşdı
17-06-2026, 09:21

Azərbaycan nefti ucuzlaşdı

Sürücülərin nəzərinə!
14-06-2026, 11:31

Sürücülərin nəzərinə!

Daşkəsəndə yol çökdü
14-06-2026, 11:06

Daşkəsəndə yol çökdü

01 May 06:08Manşet / Dünya

“Kuba ABŞ ilə masa arxasına əyləşmək niyyətindədir”

kuba-abs-ile-masa-arxasina-eylesmek-niyyetindedir

“Rəsmi Havana uzun illərdir davam edən diplomatik gərginlikdən sonra Vaşinqtonla masa arxasına əyləşmək niyyətindədir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kubanın BMT-dəki daimi nümayəndəsi Ernesto Qusman jurnalistlərə açıqlamasında bildirib.

Diplomat qeyd edib ki, ölkəsi ABŞ ilə danışıqlara açıq olsa da, bu proses mütləq şəkildə qarşılıqlı hörmət, bərabərlik və suverenliyə müdaxilə etməmə prinsipləri üzərində qurulmalıdır.

Qusmanın sözlərinə görə, Kuba tərəfi yalnız qarşılıqlı maraq doğuran sahələrdə müzakirələr aparmaq niyyətindədir. O, daxili siyasi məsələlərin heç bir halda müzakirə predmeti olmayacağını xüsusilə vurğulayıb:

“Daxili siyasi məsələlər müzakirə mövzusu ola bilməz. Biz yalnız hər iki tərəf üçün faydalı və maraqlı olan sahələrdə dialoqa hazırıq”.

Qeyd edək ki, iki ölkə arasındakı münasibətlər onilliklərdir davam edən iqtisadi embarqolar və siyasi ziddiyyətlər fonunda gərginliyini qoruyur.