Xəbər Lenti
Bugün, 10:14
Məktəblərdə şagirdlərin pis vərdişlərdən qorunması: maarifləndirmənin zəruriliyi və məsuliyyət bölgüsü.
Dün, 05:15
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Xocalı soyqırımı ilə bağlı paylaşım edildi - Foto
25-02-2026, 12:11
Bir şamın işığında görünən qaranlıq: tapdanmış hüquqların dövlət vicdanına çatdırdığı susmayan həqiqət
25-02-2026, 08:14
Körpü-Bina-Tikinti MMC-nin rəhbəri Xəlil Göyüşov – Peşəkarlığın və dürüstlüyün ünvanı
İrəvan ATƏT-in Minsk qrupunun buraxılması üçün müzakirələr başladır

Ermənistan Rusiya, ABŞ və Fransanın həmsədrlik etdiyi ATƏT-in Minsk Qrupunun buraxılması üçün müzakirələr başlamaq niyyətindədir.
"Report” xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.
"Biz deyirdik ki, müzakirə edilə bilən məsələlər var və müzakirə edilməyən məsələlər var. Müzakirə edilə bilənlərdən biri ATƏT-in Minsk Qrupunun buraxılması imkanıdır. Bir daha təkrar edirəm: ATƏT MQ-nin buraxılması məsələsi müzakirəyə açıqdır. Biz yaxın zamanda bu barədə müzakirələr başlatmaq niyyətindəyik”, – hökumət başçısı deyib.
Qeyd edək ki, Azərbaycan XİN dəfələrlə ATƏT-in Minsk Qrupunun və onunla bağlı strukturların rəsmi buraxılmasının zəruriliyini vurğulayıb.























































