Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
4,7 milyardlıq nəhəng layihə dayandırıldı

NEOM çərçivəsində həyata keçirilən ən iddialı komponentlərdən biri olan “Troyena” layihəsində tikinti işləri dayandırılıb.
“Qafqazinfo” xəbər verir ki, təxminən 4,7 milyard dollar dəyərində olan layihə Səudiyyə Ərəbistanının “Vision 2030” planının bir hissəsi kimi şimal-qərb bölgəsində icra olunurdu.
Layihənin məqsədi səhra dağları arasında süni göl, xizək kurortu və lüks turizm mərkəzi yaratmaq idi.
Plan üzrə ərazidə 2,7 kilometr uzunluğunda süni gölün yaradılması və üç bənd sistemi ilə suyun idarə olunması nəzərdə tutulurdu. Layihənin təxminən 30 faizinin tamamlandığı bildirilir.
Lakin NEOM rəhbərliyi podratçı ilə bağlanmış müqaviləni ləğv edərək, layihənin qalan hissəsini dayandırıb. Qərarın maliyyə və icra şərtlərindəki dəyişikliklərlə bağlı olduğu qeyd olunur.
Layihənin ümumi dəyərinin 3,2 milyard dollarlıq hissəsi hələ icra olunmamış vəziyyətdə qalıb.
“Troyena” həm də 2029-cu il Asiya Qış Oyunlarına hazırlıq çərçivəsində vacib layihələrdən biri kimi nəzərdə tutulmuşdu. Lakin oyunların təxirə salınması və iqlimlə bağlı tənqidlər layihənin gələcəyinə dair qeyri-müəyyənlik yaradıb.
Bölgədə “Marriott International”, “W Hotels” və digər beynəlxalq hotel şəbəkələrinin iştirakı ilə lüks turizm infrastrukturu da planlaşdırılırdı. Tikintinin dayanması bu planların taleyini də sual altında qoyub.
Qeyd edək ki, NEOM Səudiyyə Ərəbistanı tərəfindən həyata keçirilən nəhəng, futuristik şəhər və region inkişafı layihəsidir.























































