Menu
Xəbər Lenti
Xəzərdə zəlzələ oldu
10-06-2026, 08:14

Xəzərdə zəlzələ oldu

Turanın meyiti tapıldı
10-06-2026, 07:43

Turanın meyiti tapıldı

13 Haz 08:40Manşet / İdman

ABŞ DÇ-yə darmadağınla başladı

abs-dc-ye-darmadaginla-basladi

ABŞ milli komandası Dünya Çempionatı çərçivəsində Paraqvayı 4:1 hesabı ilə məğlub edərək, turnirə inamlı start verib.

“Qafqazinfo” xəbər verir ki, Los-Ancelesdə keçirilən qarşılaşmada ev sahibi komanda oyuna sürətli başlayıb və artıq 7-ci dəqiqədə hesab açılıb.

Paraqvay müdafiəçisi Damian Bobadilla topu öz qapısına göndərərək ABŞ-ni önə keçirib.

Birinci hissədə üstünlüyünü davam etdirən ABŞ fasiləyə qədər fərqi artırıb. Folarin Baloqun ilk hissədə iki dəfə fərqlənərək, komandasını rahat üstünlüyə daşıyıb. Komandanın liderlərindən Kristian Pulişiç isə oyunun gedişatında aktiv oyunu ilə seçilib.

Paraqvay ikinci hissədə Maurisionun qolu ilə fərqi azaltsa da, ABŞ oyuna nəzarəti itirməyib. Matçın sonlarında Qio Reyna uzaq məsafədən baxımlı qolla nəticəni müəyyənləşdirib.