Menu
Xəbər Lenti
Süni intellekt oğruları
3-08-2026, 10:24

Süni intellekt oğruları

İkram Kərimov vəfat etdi
2-08-2026, 10:01

İkram Kərimov vəfat etdi

Bu gün imtahan var
2-08-2026, 09:57

Bu gün imtahan var

İrana hücumu ləğv etdi
2-08-2026, 09:53

İrana hücumu ləğv etdi

05 Ağu 15:19Manşet / Gündəm / Dünya

Cəbhəyə 50 min robot göndərməyi planlaşdırırlar

 

Ukrayna döyüş bölmələrini gücləndirmək üçün ilin sonuna qədər 50 min döyüş robotu istehsal etməyi qarşıya məqsəd qoyub. 

“Qafqazinfo” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, həmin robotları atıcı silahlardan qumbaraatanlara qədər müxtəlif silah növləri ilə təchiz etmək nəzərdə tutulub.  

Onlardan döyüş tapşırıqlarının icrası zamanı, həmçinin yaralıların təxliyə edilməsi üçün istifadə ediləcəyi bildirilir.   

Məlumata görə, Ukrayna Rusiyaya qarşı müharibədə  döyüş robotlarının köməyi ilə şəxsi heyətin çatışmazlığını kompensasiya etmək niyyətindədir. Bundan başqa, qeyd olunub ki, insanların robotlarla əvəz edilməsi itkiləri əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.