Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yeni “SOCAR Balakhani” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir.
Ceyhun Bayramovla Zelenski bir arada
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, Ukrayna lideri bu barədə öz teleqram kanalında paylaşım edib.
Zelenski Azərbaycan XİN rəhbərinin Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Kiyevə ilk dəfə səfər etdiyini vurğulayıb:
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul etdim. Cənab nazir genişmiqyaslı Rusiya işğalı başlayandan bəri ilk dəfədir ki, Ukraynaya səfər edir. O, səfərinə Azərbaycanın yardım göstərdiyi İrpen şəhərindəki məktəb, xəstəxana və reabilitasiya mərkəzinə baş çəkməklə başlayıb. Ölkəmiz və xalqımız üçün bu çətin günlərdə gəlməyə və bizi dəstəkləməyə imkan tapdıqları üçün çox minnətdarıq. Xalqımızla həmrəyliyə görə təşəkkür edirəm”.
Ukrayna Prezidenti görüşdə ölkəsinə edilən zərbələr, Qara dənizdəki vəziyyət və taxıl dəhlizinin bloklanması barədə azərbaycanlı nazirə məlumat verdiyini bildirib. Müzakirələr zamanı yüksəksəviyyəli diplomatik təmaslar, müdafiə sahəsində əməkdaşlıq, eləcə də energetika, neft-qaz və kənd təsərrüfatı sektorlarında iqtisadi əlaqələr nəzərdən keçirilib.
Zelenski göstərilən humanitar və energetika yardımına, həmçinin konstruktiv dialoqa görə Azərbaycana minnətdarlığını ifadə edib.























































