Xəbər Lenti
Dün, 07:12
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
13-10-2026, 14:07
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
11-10-2026, 10:30
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Portuqaliyada niqab qadağan edildi

Portuqaliya Prezidenti Antoniu Joze Sequro ictimai yerlərdə üzü tamamilə örtən geyimlərdən istifadəni qadağan edən qanunu imzalayıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, sözügedən təşəbbüs iyul ayında Portuqaliya parlamentində qəbul edilmişdi.
Yerli media həmin sənədi “niqab haqqında qanun” adlandırır.
Qanun həmçinin din, cins, yaş və mənşə ilə əlaqəli səbəblərdən kimisə bu cür paltar geyinməyə vadar etməyi də qadağan edir.
Qaydaları pozan şəxslər isə 150 avrodan 3000 avroya qədər cərimə oluna bilər. Məhdudiyyətlər sağlamlıq, peşə fəaliyyəti, yaradıcılıq və hava şəraiti ilə bağlı sözügedən geyimlərdən istifadə edənlərə şamil edilməyəcək.























































