Yolların abadlığı, xidmətin keyfiyyəti – “7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin fədakar əməyi
“Dövlətin yaratdığı imkanlardan bəhrələnib sərvət yığanları görəndə insanı dəhşət bürüyür”
"Art Weekend"nçərçivəsində "Nəfəs-söz və səsin vəhdəti" adlı növbəti layihənin təqdimatı keçirildi
Məktəb bitdi, hərbi xidmət də yekunlaşmaq üzrədir... - Həyat kitabında yeni bir səhifə açılır
Türkiyənin bu aviaşirkəti uçuş zamanı “powerbank”dan istifadəni qadağan etdi

Türkiyənin “Ajet” aviaşirkəti ölkənin Mülki Aviasiya Baş İdarəsinin tövsiyəsi əsasında təyyarələrdə portativ şarj cihazlarından istifadəni qadağan edib.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, yeni qərar çərçivəsində litium batareyaları 100 vatt/saata qədər olan portativ şarj cihazları (powerbanklar), elektron siqaretlər, ehtiyat batareyalar kabin baqajında aparıla bilər, lakin təyyarədə onlardan istifadə etməyə icazə verilməyəcək.
Qeyd olunub ki, iyulun 29-da İstanbuldan Seula uçan “Asiana Airlines”a məxsus təyyarə Qazaxıstan hava məkanında olarkən bir sərnişinin “powerbank”ı oturacağın arasına düşüb. Cihazı götürmək mümkün olmadığından təyyarə İstanbul hava limanına qayıdıb.
Bunun ardınca, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu verdiyi yazılı açıqlamada bu cür cihazların yaratdığı risklərə toxunub və Mülki Aviasiya Baş İdarəsi vasitəsilə hava yollarına uçuşlarda portativ şarj cihazlarından istifadənin qadağan edilməsini tövsiyə edib.
	






















































