Menu
Xəbər Lenti
FHN təlim keçirdi
12-09-2026, 09:08

FHN təlim keçirdi

Nazirdən daha bir təyinat
12-09-2026, 08:38

Nazirdən daha bir təyinat

Bəzi yollarda tıxac var
11-09-2026, 08:06

Bəzi yollarda tıxac var

16 Eyl 07:38Manşet / Dünya

İsrailə 40 min bomba satacaqlar

israile-40-min-bomba-satacaqlar

ABŞ Prezidenti Donald Trampın administrasiyasının İsrailə ümumi dəyəri 2,8 milyard dollar olan 40 min bomba satmağa hazırlaşdığı bildirilir.

“Qafqazinfo” xəbər verir ki, “Washington Post” qəzetinin adı açıqlanmayan ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, satış paketinə hər biri təxminən 1 ton ağırlığında olan 20 min MK-84 və 20 min BLU-117 bombası daxildir.

Bundan əlavə, eyni paket çərçivəsində 20 min I-2000 Penetrator döyüş başlığının satışına da təsdiq verilməsi gözlənilir.

Məlumata görə, ABŞ Konqresinə satışla bağlı qeyri-rəsmi bildiriş göndərilib və yaxın zamanda rəsmi bildirişin təqdim olunması planlaşdırılır.

“Washington Post” satışın reallaşacağı təqdirdə son illərin ən böyük birdəfəlik silah satışlarından biri olacağını yazıb.

Qəzet qeyd edir ki, xüsusilə MK-84 bombaları böyük dağıdıcı gücə malikdir. Bu bombaların İsrail tərəfindən Qəzza zolağında dəfələrlə istifadə edildiyi bildirilir. MK-84 bombalarının partlayış zamanı metal parçalarını geniş əraziyə yaydığı, metal və qalın beton konstruksiyalara nüfuz edə bildiyi və böyük kraterlər yaratdığı qeyd olunur.

Adı açıqlanmayan digər ABŞ rəsmisi mümkün satışla bağlı açıqlamasında bildirib ki, bütün xarici silah satışları müvafiq prosedurlardan keçir: “Hələ yekunlaşdırılmamış satışlar barədə şərh vermirik”.