“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Məşhurlara həmin reklamları qadağan edirlər
Avstraliya hökuməti qumar oyunlarının təbliğinə qarşı mübarizə çərçivəsində köklü qərarlar qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, Avstraliya Rabitə və Media Qurumunun (ACMA) açıqlamasına əsasən, 2027-ci ildən etibarən tanınmış şəxslərin qumar reklamlarında görünməsi tamamilə qadağan ediləcək.
Yeni qaydalara əsasən, peşəkar idmançılar (həm hazırkı, həm də keçmiş), məşhurlar, sosial media inflyuenserləri və digər ictimai xadimlər qumar və mərc oyunlarının təşviqində iştirak edə bilməyəcəklər. Qadağa televiziya, radio, xəbər portalları, onlayn oyunlar və sosial media platformaları daxil olmaqla bütün media resurslarına şamil olunur.
Bundan əlavə, yeni ildən etibarən lisenziyalı onlayn mərc şirkətlərinin məşhur şəxslərlə sponsorluq və ya reklam müqavilələri bağlaması qadağan olunacaq. ACMA rəhbərliyi bildirib ki, tətbiq edilən yeni rəhbərlik prinsipləri sənaye nümayəndələrinin dəyişikliklərə vaxtında uyğunlaşmasına və tələblərə əməl etməsinə şərait yaratmaq məqsədi daşıyır.





















































