Xəbər Lenti
17-07-2025, 10:56
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada inşa edilən birinci yaşayış kompleksində olublar
17-07-2025, 10:52
Füzuli RİH başçısı Alı Alıyev və “Azərşəkər” MMC-nin şəhid ailəsinə qarşı ədalətsiz davranışı: Torpaq əlindən alınıb?! – İDDİA/VİDEO
17-07-2025, 09:36
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdı
İsmayıllıda şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına medallar təqdim olunub
İsmayıllıda Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan igidlərimizə və Vətən müharibəsi iştirakçılarına verilmiş medalların təqdimetmə mərasimi keçirilib. Mərasimdə rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin məsul işçiləri, şəhidlərin ailə üzvləri, qazilər, Qarabağ müharibəsi veteranları iştirak ediblər.
Mədəniyyət evində keçirilən təqdimetmə mərasimində öncə Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov 2020-ci il sentyabrın 27-də başlanan, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə başa çatan Vətən müharibəsində qazanılan tarixi Qələbədən, bu qələbədə şəhidlərimizin, qazilərimizin, veteranlarımızın göstərdikləri şücaətdən danışıb, bu cür oğullar yetişdirən ailələrə təşəkkürünü bildirib. İcra başçısı işğal edilən torpaqlarımızın azad olunmasında fərqləndiklərinə görə təltif edilən hərbçiləri təbrik edərək şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb.
Sonra Prezidentin sərəncamları ilə təltif olunan 4 şəhid ailəsinə və bir qrup Vətən müharibəsi iştirakçısına medallar təqdim olunub.
Şəhid ailələri və Vətən müharibəsi iştirakçıları göstərilən diqqət və qayğıya görə Prezidentə minnətdarlıqlarını bildiriblər.