Xəbər Lenti
18-10-2026, 09:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 08:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Havanın keyfiyyət göstəriciləri norma daxilində olub
Bu gün səhər saatlarında atmosfer havası üzrə avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən Bakı, Sumqayıt və Gəncə şəhərlərində havanın keyfiyyət göstəriciləri norma daxilində olub.
Bunu Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.
O qeyd edib ki, gündəlik müşahidələrə, peyk görüntülərinə və toz proqnoz modellərinə əsasən yaxın günlərdə ölkə ərazisində transsərhəd çirklənmə gözlənilmir.
“Lakin bu gün axşam saatlarından başlayaraq cənub-şərq küləklərinin arabir güclənən şimal-qərb küləkləri ilə əvəzlənməsi nəticəsində dispers toz hissəciklərinin normadan bir qədər yüksək olacağı, yəni lokal xarakterli çirklənmə proqnozlaşdırılır. Belə küləkli hava şəraitinin sabah axşam saatlarına qədər davam edəcəyi gözlənilir”.
G.Abbasovanın sözlərinə görə, 14 aprel tarixində şimal-qərb küləklərinin zəif cənub-şərq küləkləri ilə əvəzlənməsinin havada həm qaz qarışıqlarının, həm də dispers toz hissəciklərinin miqdarının norma daxilində olacağına və hava keyfiyyətinin yaxşılaşmasına şərait yaradacağı gözlənilir.






















































