Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

16 Nis 08:12Manşet / Cəmiyyət

Xəstəxanalara 70-ə yaxın həkim-mütəxəssis təyin edilib

Xəstəxanalara 70-ə yaxın həkim-mütəxəssis təyin edilib

Azərbaycanın xəstəxanalarına 69 yeni həkim təyin olunub.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, aprelin 14-ü və 15-də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində cari ilin fevral ayında aparılmış yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidentura təhsilini bitirmiş həkim-mütəxəssislərin təyinatı Səhiyyə Nazirliyinin Kollegiyasının 13 oktyabr 2014-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilib.

Pediatriya, nevrologiya, kardiologiya, stomatologiya, onkologiya, oftalmologiya, revmatologiya və digər ixtisaslar üzrə 69 həkim-mütəxəssis təyinatda iştirak edib. Həkim-mütəxəssislər təyinat zamanı onlara təklif olunan həkim vəzifələri üzrə mövcud vakant yerlərdən seçim etmiş və onlara iş yerlərinə göndəriş verilib.

Qeyd edək ki, həkim-mütəxəssislər göndərişlə işə qəbul olunduqları tarixdən etibarən 3 il müddətində həmin tibb müəssisəsələrində işləməlidirlər.