Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

01 Ekm 09:10Manşet / Cəmiyyət

Azərbaycan prokurorluğunun yaradılmasının 104-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycan prokurorluğunun yaradılmasının 104-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Baş Prokurorluqda Azərbaycan prokurorluğunun yaradılmasının 104-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirin əvvəlində ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Kamran Əliyev prokurorluq orqanlarının yaradılmasından danışıb: “Müstəqillik dövründə prokurorluq özünün inkişaf yoluna qədəm qoyub. 1999-cu ildə Azərbaycanda prokurorluq haqqında qanun qəbul edilib. Bu gün bizə Ulu öndər tərəfindən bəxş edilib. Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən, hər il oktyabrın 1-i prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilir”.


Baş prokuror qeyd edib ki, 2002-ci ildən prokurorluğa qəbul test üsulu ilə həyata keçirilir: “Bu il üçün də işə qəbul elan etmişik. Artıq dünən bu proses başa çatıb. 407-dən artıq hüquqşünas gənc müraciət edib”.

Baş prokuror bildirib ki, əldə edilən uğurlar az deyil: “Düzdür, fəaliyyətimizdə müəyyən nöqsanlar da var. Bizim qarşıda hələ görəcəyimiz işlər çoxdur. Ümid edirəm ki, növbəti illərdə də vəzifələrimizi layiqincə yerinə yetirəcəyik”.