Xəbər Lenti
28-02-2026, 10:18
Netanyahu İsrail və İran xalqlarına müraciət etdi: "Hərbi əməliyyatlar hakimiyyət dəyişikliyi üçün şərait yaratmalıdır"
28-02-2026, 10:09
KİV: Netanyahu yeraltı bunkerdə təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə görüş keçirir
28-02-2026, 09:51
İsrail-İran MÜNAQİŞƏSİ - Tehrandan başqa, daha altı şəhərdə PARTLAYIŞ SƏSLƏRİ EŞİDİLİR
Qızıl tapmaq məqsədilə tarixi abidəni sökmək istədilər

Daşkəsəndə qızıl tapmaq məqsədilə tarixi abidəni sökmək istəyən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, Daşkəsən rayon Polis Şöbəsinə rayonun Aran Zəylik kəndi ərazisində yerləşən 7-9-cu əsrlərdə inşa olunan Alban Məbədində bir neçə şəxsin qanunsuz olaraq qızıl axtarması və məbədə ziyan vurulması ilə bağlı məlumat daxil olub.
"Polis əməkdaşları dərhal həmin əraziyə gələrək təxrəsalınmaz tədbirlər həyata keçirib. Araşdırmalar zamanı məlum olub ki, Sumqayıt şəhər sakinləri Namiq Əliyev, Əliağa Əhmədov, Şirvan şəhər sakini Eynur Səmədov, Bakı şəhər sakini Ülfət Niftalıyev və Quba rayon sakini Taleh Şirinov qabaqcadan planlaşdıraraq sözügedən əraziyə gəlmiş, müxtəlif elektrik avadanlıqları və alətlərin köməyi ilə məbədin ərazisində qızıl axtarışlarına başlayıblar".
Həmin şəxslər maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.





















































