Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

31 Ekm 07:51Manşet / Cəmiyyət

Hələ də mühazirələr tələbələrə məcburi yazdırılır - Universitetlər nə zaman müasirləşəcək?

Hələ də mühazirələr tələbələrə məcburi yazdırılır - Universitetlər nə zaman müasirləşəcək?

Ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin əksəriyyətində keçmişdən bugünə qədər davam etdirilən bəzi ənənələr mövcuddur. Bunlardan biri də köhnə qaydalarda aparılan mühazirələrdir. Hər kəsə məlumdur ki, bəzi müəllimlər hələ də ötən dövrlərdən qalan, saralmış vərəqlərdə yazılan mühazirələrlə dərs prosesini davam etdirir. Bu kimi hallarda hətta müəllimlər tələbələrə mühazirələri yazmağı məcbur edirlər. Hətta bəzən mühazirəni yazmayan tələbənin imtahanda aşağı qiymət alacağı ilə bağlı hədə-qorxu gəlirlər.

Dünya universitetlərinin təcrübəsinə nəzər salsaq, artıq bu cür köhnə metoddan istifadə edilmədiyini görərik. Bəzi qabaqcıl universitetlərdə tələbənin nəinki mühazirəni yazması, hətta iştirakı belə məcburi sayılmır.

Bəs ölkəmizdə hələ də davam etməkdə olan bu köhnə metod nə zaman yenilənəcək və müasir dövrün tələbləri ilə ayaqlaşacaq?

Məsələ ilə bağlı bazar ertəsi sualları cavablayan Elm və Təhsil nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, universitetlərin bütövlükdə potensialı və dünya universitetləri ilə rəqabət aparmaq bacarığı istiqamətində ölkədə son illərdə ciddi işlər görülür.

“Universitetlərdə dərs prosesində çox vacib tərəflərdən biri pedaqoji kadr hazırlığı məsələsidir. Hansı ki bu olmadan biz tədris prosesinin keyfiyyətindən danışa bilmərik. Digər bir tərəfdən vacib olan məsələ universitetlərdə müasir dövrün tələblərinə cavab verəcək şəkildə tədrisin təşkilidir. Bu istiqamətdə də işlər görülür, lakin yetərli deyil. Əslində universitetlərimizin ən acınacaqlı problemi kadr məsələsidir. Universitet rəhbərliyi müasir düşüncəli, dünya trendlərini anlaya bilən biri ola bilər, lakin onun əməkdaşların bacarıqları, pedaqoji heyətin səviyyəsi geri qalırsa, artıq universitet rəhbərliyi islahatlar keçirməyə, yenilikləri tətbiq etməyə çətinlik çəkir. Bu dərs prosesinə birbaşa öz mənfi təsirini göstərir. Əlbəttə, universitetlərdə dərsliklərlə bağlı ciddi problemlər var. Müasir səviyyədə olan universitetlərimiz mövcuddur. Lakin bütün universitetlər bu istiqamətdə fəaliyyətlərini düzgün qura bilməyiblər. Mühazirələrin vacib olduğunu düşünürəm. Hesab edirəm ki, dünyada müvafiq ixtisaslar üzrə çox tanınmış alimləri dəvət edib onların masterklasslarını təşkil etmək olar. Universitetlərimizin bununla bağlı imkanları var. Ən azından onları online platforma üzərindən cəlb etmək olar. Mühazirələrin tələbələrə məcburi yazdırılması isə yalnışdır. Tələbə həmin mövzunu başqa resurslardan da öyrənə bilər. Bununla bağlı məcburiyyət olmamalıdır”, - deyə İ.Orucov əlavə edib.