Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Göyçayda “Narçılıqla bağlı həyata keçirilən işlər və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Göyçayda “Narçılıqda həyata keçirilən işlər və qarşıda duran vəzifələr” mövzusunda regional müşavirə keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, müşavirədə nazirliyin və tabeli qurumların məsul şəxsləri, nar məhsullarının emalı və ixracatı ilə məşğul olan şirkətlərin təmsilçiləri və müxtəlif rayonlarda narçılıqla məşğul olan 200-ə yaxın fermer iştirak edib.
Tədbiri açan Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının rəhbəri Rafail Quliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aqrar sahə iqtisadiyyatın prioritet sahələrindən biri elan edilib. Ölkənin ərzaq təhlükəsizliyini təmin etmək, aqrar sahədə davamlı inkişafa nail olmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin qarşısında məhsuldarlığı artırmaq, ixrac potensialını gücləndirmək, məşğulluğu daha da genişləndirmək vəzifələri dayanır. Aparat rəhbəri nar və nar məhsullarının ixrac potensialının yüksək olduğunu, dövlətin bu sahənin inkişafı üçün davamlı dəstək tədbirləri gördüyünü, subsidiyalar ayırdığını deyib. Bildirib ki, hazırda narçılığın inkişafı ilə əlaqədar qarşıda duran əsas vəzifələr məhsulun keyfiyyətini və orta məhsuldarlıq göstəricilərini artırmaqdır. Həyata keçirilən tədbirlər nəticəsində respublika üzrə nar əkin sahələri genişlənməsinə, məhsul istehsalının artmasına səbəb olub.
Nazirliyin Meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri Surxay Novruzov dövlətin narçılığın inkişafı istiqamətində dəstək mexanizmləri barədə danışıb. Fermerlərin rifah halının yaxşılaşdırılması məqsədilə görülən işlər müşavirə iştirakçılarının diqqətinə çatdırılıb. Belə ki, tədbir iştirakçıları intensiv üsulla salınmış nar bağlarına (bağın salındığı ilk 4 il ərzində hər il hektara 730, sonrakı illərdə isə 250 manat) əkin subsidiyasının ödənilməsi və əlavə olaraq birdəfəlik əkin subsidiyasının ödənilməsi barədə Aqrar Subsidiya Şurasının qərarı barədə məlumatlandırılıb.
Müşavirədə çıxış edən Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının direktoru Fərhad Qaraşov, nar məhsullarının emalı və ixracatı ilə məşğul olan şirkətlərin nümayəndələri və fermerlər narçılığın inkişafı ilə bağlı fikirlərini bölüşüb, “İn vitro” üsulu ilə meyvə tinglərinin istehsalı, Azərbaycanın nar məhsullarının yeni bazarlara ixracının təşkili və əsas ixrac tələbləri barədə ətraflı müzakirələr aparıblar.