Menu
Xəbər Lenti
Təbrik Məktubu
Bugün, 15:16

Təbrik Məktubu

İmtahan günüdür
Bugün, 10:22

İmtahan günüdür

Arda Turan cəzalandırıldı
24-04-2026, 07:49

Arda Turan cəzalandırıldı

22 Kas 16:50Manşet / Siyasət

Azərbaycanın NATO ilə siyasi dialoqu və praktiki əməkdaşlığı var - Cəfər Hüseynzadə

Azərbaycanın NATO ilə siyasi dialoqu və praktiki əməkdaşlığı var - Cəfər Hüseynzadə

Azərbaycanın NATO ilə siyasi dialoqu və praktiki əməkdaşlığı var.

Bunu bu gün ADA Universitetində keçirilən "Davamlı Sabah üçün Qadınlar" mövzusunda yüksək səviyyəli konfransda çıxışı zamanı Azərbaycanın NATO yanındakı Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə deyib.

O qeyd edib ki, bizim Əfqanıstandakı hərbi kontingentimiz alyans ölkələrindən olan sülhməramlılarla birlikdə çalışıb.

“Azərbaycan sülhməramlıları Əfqanıstanı ən son tərk edən ölkələrdən oldu, biz son ana qədər evakuasiya prosesinə dəstək verdik. Bu, NATO Baş katibi və digər rəsmilər tərəfindən qiymətləndirildi. NATO ilə əməkdaşlığımız müxtəlif sahələri əhatə edir. Azərbaycan NATO ilə güclü tərəfdaşlıq qurub, beynəlxalq təhlükəsizliyə töhfə verib”, - deyə o bildirib.