Xəbər Lenti
Bugün, 14:51
HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
19-06-2026, 15:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
19-06-2026, 15:39
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
19-06-2026, 09:36
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
18-06-2026, 16:49
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
18-06-2026, 14:01
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
18 Mrt 08:42Mədəniyyət
“Yüz ilin sirləri” AzTV-də açılacaq
Uzun fasilədən sonra "Yüz ilin sirləri" ekranlara qayıdır.
AZƏRTAC xəbər verir ki, AzTV-də yayımlanacaq verilişdə tamaşaçıları keçmişə maraqlı, eyni zamanda, maarifləndirici virtual səyahət gözləyir. Hüseyn Cavadzadənin sözügedən müəllif layihəsində son 100 il ərzində Azərbaycan tarixində silinməz izlər qoymuş tanınmış şəxslərin həyat hekayələrinə yer veriləcək, onlar barədə heç yerdə eşitmədiyiniz məlumatlar açıqlanacaq, ilk dəfə görəcəyiniz kadrlar nümayiş olunacaq.
Martın 19-u saat 22:00-da AzTV-də efirə gedəcək "Yüz ilin sirləri"nin ilk buraxılışında görkəmli ictimai xadim, türkoloq, siyasətçi, jurnalist və pedaqoq Əhməd bəy Ağaoğludan bəhs olunacaq. Şuşada doğulmuş, Fransada təhsil almış perspektivli siyasi lider Vətəni niyə tərk edib? Zeynalabdin Tağıyevlə konfliktinin hansı gizlin tərəfləri var idi? Atatürkün ən yaxın ailə dostu niyə onun düşməninə çevrilib? İzləyicilər bütün bu suallara "Yüz ilin sirləri"ndə cavab tapacaq, Türkiyə, Fransa və Malta arxivlərindən eksklüziv fotolarla tanış olacaq, tədqiqatçıların dilindən Malta sürgününün, məxfi məktubların detallarını öyrənəcəklər.
Qeyd edək ki, çəkilişlər Bakı və İstanbulda aparılıb. "Yüz ilin sirləri"ndə TV-də ilk dəfə olaraq Ağaoğlunun nəticələri - Əhməd bəy Ağaoğlu və Ayşə Güvənin fikirlərinə də yer ayrılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin