Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

04 Ekm 17:57Siyasət

Fransa terrorçuları sərhədimizə yığmaq üçün plan qurdu- Bakıdan kritik qərar

 

Ermənistanı məqsədləri üçün istifadə etməkdən yorulmayan qüvvələrin siyasi dairələrin sayı günbəgün artır. Amma belə görünür ki, alan da razı, satan da. Təəssüflər olsun ki, bütün bu proseslərin nüvəsini təşkil edən Ermənistan aldığı ağır məğlubiyyətlər, diplomatik uğursuzluqlardan nəticə çıxara bilmir ki, bilmir. Yenə Ermənistan hakimiyyəti bölgdə gərginliklər axtarışında olan Qərb dairələrinin əsas “silahıdır”.

Fransanın Cənubi Qafqazda yeni ekslasiya axtarışına çıxdığı hər kəsə məlumdur. Firənglər bu bölgədə sabitlikdən, sülhdən yana olmadığını hər vəchlə nümayiş etdirir. Ermənidən çox erməni olduğunu göstərməyə çalışan, ermənilərin halına acıdıqları mənzərəsi yaratmağa çalışan Makron rejimi islamofobiya, antitürk siyasətini reallaşdırmaq üçün məhz erməni amilinin onlar üçün ən “uğurlu” seçim olduğu qənaətindədir.

Elə bunun səbəindəndir ki, dövlət başçılarının çoxdan gözlənilən Qranada görüşü ərəfəsində Fransa dərhal bütün kanalllarını işə salaraq vəziyyəti gəeginləşdirmək istiqamətində müxtəlif çaplı addımlarla diqqət mərkəzinə düşdü. Belə ki, öncədən də qeyd etdiyim kimi, oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin İspaniyanın Qranada şəhərində Ermənistan Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolt və AB Şurası Prezidenti Şarl Mişellə görüşü gözlənilirdi.

Lakin Fransanın görüşə “barmaq” etməsi Bakı ilə İrəvan arasında sülh danışıqlarının növbəti dəfə baş tutmaması ilə nəticələndi. Daha dəqiq desək, Qranada görüşünə iki gün qalmış Fransa XİN başçısı Ketrin Kolonanın İrəvana səfər etməsi heç də təsadüfi bir səfər deyildi. Bunu hadisələrin sonrakı gedişatı daha çılpaqlığı ilə ortaya qoymuş oldu.

Ketrin Kolona yenidən anti-Azərbaycan bəyanatları ilə bu dəfə Ermənistanın paytaxtında diqqət mərkəzinə düşüb. “Ermənistan Respublikasının ərazi bütövlüyünü təhdid edən istənilən hərəkətə çox sərt cavab veriləcək” , – deyən Fransa dövlət rəsmisi Qranada görüşü öncəsi Bakı ilə İrəvan arasında vəziyyəti gərginləşdirməyə hesablanmış bu açıqlamaları yalnız Ermənistanın militarizasiya prosesini sürətləndirməyə xidmət edir.

Bunlar azmış kimi Fransa xarici işlər naziri Ketrin Kolonnanın Ermənistandakı görüşlərində saxta “blokada” və “məcburi köçürmə” hekayəsini təkrarlaması sülhə xidmət etmir. Onun “Fransa hər zaman Ermənistanın tərəfindədir” ifadələri nəhayət ki, Fransanın vicdanlı vasitəçi və neytral vasitəçi olmaq iddialarının reallığı əks etdirməyini nümayiş etdirdi. Fransa XİN başçısının Ermənistanı silahlaındırmaq istiqamətində etdiyi açıqlamalar isə rəsmi Parisin əsl niyyətinin, məqsədinin nədən ibarət olduğunu növbəti dəfə ortaya qoyur. Bunun bir adı var: Fransa bölgədə eskalasiya riskinin artmasında, Cənubi Qafqazın yenidən barıt qoxmasında maraqlıdır. Elə bu məqsədlə də Paris Ermənistanı uzun müddətli terror müharibəsinə və xüsusən Azərbaycana qarşı terrora hazırlaşdırmaqda israrlı görünür.

Bu detallardan rəsmi Bakının Qranada görüşündən imtina etməsinin təfərrüatı daha da aydın olur:

– Prezident İlham Əliyev Qranada görüşü ərəfəsində Azərbaycan əleyhinə çıxışlar edərək, bölgədə gərginliyi pik həddə çatdırmağı hədəfləyən, sülh danışıqlarına mane olmağa çalışan Fransanın regional məsələlərdə iştirakını qəbuledilməz hesab etdiyi üçün normallaşma prosesində Fransanın iştirakını məntiqəuyğun hesab etməyib.

– Dövlət başçısının növbəti və tutarlı səbəblərindən biri böyük ehtimalla Türkiyə mövzusu ilə bağlıdır. Belə ki, Fransanın destruktiv mövqeyi, eləcə də Paris və Berlinin Türkiyənin toplantıda iştirakı ilə bağlı fikir ayrılığıdır. Belə bir şəraitdə Azərbaycan tərəfi üçün danışıqlar aparmaqdan imtina etməsi ən doğru variant idi.

Azərbaycan görüşdə Türkiyənin iştirakında təkid etsə də, Fransa və Almaniyanın buna qarşı çıxması səbəbindən qəbul olunmayıb. Bu səbəbdən də Prezident İlham Əliyev İspaniyaya səfərdən və görüşdən imtina edib. Görünən odur ki, Türkiyə Prezidenti Ərdoğan da məhz bu səbəbdən İspaniya səfərindən imtina edib.

Türkiyə və Azərbaycan birgə hərəkət edir, Bakı və Ankara kənar gücləri regiona buraxmaq niyyətində deyillər. Bu məsələ heç şübhəsiz ki, Rusiyanın da maraqlarına xidmət edir. Çünki Şərqi Avropada Ukrayna ilə davam edən müharibə Rusiyanın regiondakı yeri və çəkisinə təsirsiz ötüşməyib. Bundan istifadə etməyə çalışan Ermənistan isə çox açıq şəkildə Kremlin orbitindən çıxıb Qərbə inteqrasiyada nə qədər maraqlı olduğunu gizlətmir. Hətta Ermənistan daxilində güclənən rusafobiya və anti-Rusiya əhval-ruhiyyəsi bunun bariz nümaunəsidir. Bu boşluğu Qərbin doldurması Rusiyanın sonunu yaxınlaşdıra bilər. Ona görə də hazırda Moskvanın Bakı və Ankaranın qərarlarını dəstəkləməkdən qeyri yolu da qalmır.

“Oyubozanlıq” etməkdə mahir olan Fransa isə bu situasiyadan maksimum yararlanaraq Ermənistanı ortaya atmaqla Cənubi Qafqazda var olmaq yolunda istifadə etmək üçün bütün çirkinliklərə baş vurmağa hazırdır. Fransa bir dəfə də Praqa görüşü ilə bağlı eyni anoloji addımla diqqət mərkəzinə düşmüşdü. Rəsmi Paris məhz növbəti beştərəfli görüş ərəfəsində anti-Azərbaycan bəyanatlar verərək, ərazi bütövlüyümüzə qarşı təhdid dolu mesajlar ünvanladı, qərarlar qəbul etdi. Nəticədə rəsmi Bakı Emanuel Makronun iştirakı ilə nəzərdə tutulan həmin görüşdən imtina etdi. Eyni ssenari, eyni üslub…

Ən acıanacaqlı məqam ondan ibarətdir ki, Fransanın Ermənistanı silahlandırması bugünədək qismən qapalı şəkildə (məsələn, humanitar yardım adı altında) həyata keçirilirdisə, artıq bu proses rəsmi olaraq elan edilir. Necə ki, ötən gün İrəvana səfərə gələn Fransanın xarici işlər naziri Ketrin Kolonnanın mətbuat konfransındakı açıqlamaları bunu deməyə əsas verir. O, bildirib ki, Paris İrəvanla sonuncuya hərbi texnikanın verilməsini mümkün edəcək saziş imzalamağa razılaşıb.

Fransa xarici işlər naziri həmçinin bəyan edib ki, o, Avropa diplomatiyasının rəhbəri Josep Borrelə Avropa İttifaqının Ermənistandakı “mülki” missiyasının genişləndirilməsi və onun mandatının gücləndirilməsi təklifi ilə rəsmi müraciət edib. Göründüyü kimi, Fransa “mülki missiya” adı altında bölgəyə daxil olub təxribatlar törətmək qərarına gəlib. Artıq bununla bağlı kifayət qədər təcrübə mövcuddur.

Böyük ehtimalla Fransa ordusunda olan keçmiş və indiki hərbiçilər (əsasən erməni əsilli), Fransa XXO-ların əməkdaşları Ermənistana instruktor qismində ezam olunmağa davam edəcəklər. Eyni zamanda, Fransa ərazisində reabilitasiyası olunan ASALA terror təşkilatı üzvləri bu proseslərə çox yaxından cəlb ediləcəklər. O da istisna edilmir ki, artıq Fransa kəşfiyyatı bu prosesə nəzarəti şəxsən edir. Bİr onu xatərlatmaq yerinə düşər ki, vaxtı ilə Monte Melkonyan Orli hava limananında törətdiyi terrora baxmayaraq, sonra o, Fransanın razılığı ilə Qarabağa göndərilmişdi.

Bütün bu cəhdləri bundan əvvəlikləri kimi yarımçıq, reallaşdırılmamış qalacaq. Bunun üçün Azərbaycanın əlində kifayət qədər resurus və imkanlar mövcuddur. Bakı da, Ankara da heç cürə razı olmaz ki, Fransa bu regiona aid məsələlərdə iştirakını təmin etsin. Amma rəsmi Bakının Qranada görüşündən imtinası deməyə əsas verir ki, ən azından Fransadakı mövcud hakimiyyət dəyişməyəcəyi zamana kimi Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesində Fransanın iştirakı Azərbaycan tərəfindən bloklandı./milli.az