“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
Xələf Xələfov İran prezidenti ilə görüşdü

İslam Respublikası qüdrətli qonşu kimi Azərbaycan və Ermənistanın ixtilaf və problemlərinin həllinə kömək etməyə tam hazırdır.
IRNA xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi Azərbaycan prezidentinin xüsusi işlər üzrə köməkçisi Xələf Xələfovla görüşündə deyib.
Onun sözlərinə görə, Tehranla Bakı arasında münasibətlərin səviyyəsinin yaxşılaşdırılması, iki ölkə arasında fikir ayrılıqlarının aradan qaldırılması üçün nəzərdə tutulmuş planların öhdəsindən gəlmək zəruridir.
İ. Rəisi bildirib ki, regionda sabitliyin qorunub saxlanılması və təşviqi əməkdaşlıqdan asılıdır.
İran prezidenti sərhədlərin və region geosiyasətinin qorunub saxlanmasının vacibliyini vurğulayıb: "İran 3+3 və ya hər hansı digər formatda regional dialoqları alqışlayır. Bu, dövlətlərarası münasibətlərdə problemlərin həllinə və düyünlərin açılmasına kömək edir. Bölgə ölkələrinin, regionun problemlərini həll etmək imkanları var və hər hansı bir bəhanə ilə xarici ölkələrin bölgədə ayaq açması heç kimin marağında deyil".
Azərbaycan Prezidentinin xüsusi məsələlər üzrə köməkçisi Xələf Xələf də baş vermiş insidentdən sonra İran İslam Respublikasının mövqeyini və prezidentin iki ölkə arasında münasibətlərin qorunmasında səmərəli rolunu yüksək qiymətləndirib. O, Azərbaycanın Tehrandakı səfirliyindən söz açaraq deyib:
“İkitərəfli və regional əlaqələrin möhkəmləndirilməsi və dərinləşdirilməsi üçün böyük imkanlara malikdir. Azərbaycan Respublikası da dərindən inanır ki, regional məsələlər region ölkələri arasında əməkdaşlıq və dialoq yolu ilə həll olunmalı, başqa ölkələr bölgəyə addım atmamalıdır. Rəsmi Bakı regional əməkdaşlığın gücləndirilməsi və regional məsələlərin həlli üçün xüsusilə 3+3 dialoq formatında istənilən dialoqu alqışlayır”.






















































