Menu
Xəbər Lenti
Bayramov Serbiyaya getdi
Bugün, 06:29

Bayramov Serbiyaya getdi

Azərbaycana qış gəldi
21-12-2024, 12:54

Azərbaycana qış gəldi

Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

12 Ock 16:34Siyasət

Azərbaycan Prezidenti bir sıra açıq və bəzi subliminal mesajlarını müvafiq ünvanlara çatdırdı

Prezident İlham Əliyevin yerli televiziya kanallarına geniş müsahibələr verməsi artıq ənənə halına çevrilib. Dövri olaraq mətbuat vasitəsilə ölkə ictimaiyyətini baş verən bütün proseslər barədə məlumatlandıran dövlətimizin başçısının növbəti bu cür addımı yanvarın 10-da baş verdi. Geniş, ətraflı və dolğun müsahibəsində Prezident Vətən müharibəsindən sonra düşmənə və onun havadarlarına qarşı apardığımız siyasi və diplomatik mübarizədən, bu istiqamətdə “Şuşa İli”ndə əldə etdiyimiz ciddi uğurlardan və sülh prosesinin gedişindən ən incə məqamları dilə gətirdi. Adətinə uyğun olaraq Prezident yenə də bir sıra açıq və bəzi subliminal mesajlarını da müvafiq ünvanlara çatdırmış oldu. Prezident postpandemiya və postmüharibə dövrünü yaşayan ölkəmizin tərkib hissəsi olduğu dünyada həm də baş verməkdə olan kataklizmlərə, qarşıdurmalara və böhrana baxmayaraq Azərbaycanın enerji, iqtisadi, sosial, hərbi və digər siyasətində heç bir geriləmə və axsama olmadığını açıq şəkildə dilə gətirdi.

Bunu AZƏRTAC-a açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov deyib.

O bildirib ki, bu gün Azərbaycanın həm daxili, həm də xarici siyasət kursunda qarşıya qoyulan hədəflərə doğru atdığımız addımlar barədə geniş məlumat verilib. Pandemiyadan və şanlı Zəfərlə yekunlaşan müharibədən yenicə çıxan dövlətimiz paralel olaraq düşmənin otuzillik işğalının ağır nəticələrini aradan qaldırır, mina terroru ilə mübarizə aparır, on min kvadratkilometrdən artıq ərazilərimizi sürətlə dirçəltməklə, ölkədə uğurlu sosial siyasət kursunu davam etdirməklə, ölkənin hərbi potensialını bütün istiqamətlərdə yüksəltməklə paralel, Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin rolunu əvəzolunmaz səviyyə istiqamətində inkişaf etdirir və Azərbaycanın beynəlxalq aləmdə rolunu gücləndirir, dünyada güc və söz sahibləri olan dövlətlər, təşkilatlar və beynəlxalq hüququn subyektləri ilə münasibətlərimizi daha da irəli aparır. Təbii ki, bütün bu proseslərə rəhbərlik edən siyasətçinin, şəxsiyyətin və liderin öz dilindən bu mühüm proseslərin detallarını eşitmək təkcə cəmiyyətimiz üçün deyil, regionda ciddi maraqları olan tərəflər üçün də çox mühüm əhəmiyyət kəsb etməmiş deyildir.

“Prezident İlham Əliyev sülh prosesi ilə bağlı həm Azərbaycanın, həm də Ermənistanın üzərinə götürdüyü öhdəliklərə vaxtında riayət edilməsinin vacibliyinə diqqət çəkərək, məğlub Ermənistanın bizdən fərqli olaraq kapitulyasiyaya uğramış qarşı tərəfin prosesə etinasız və laqeyd yanaşmasının doğuracağı fəsadları da bir daha açıq şəkildə vurğuladı. Bəzi hallarda Fransaya, bir sıra məqamlarda digər ermənipərəst dəstəkçilərinə və hətta regiona sülhməramlı missiya adı altında daxil olmuş qüvvələrə güvənərək, bizə qarşı təxribatları davam etdirməyə çalışan Ermənistan siyasi və hərbi elitasının odla oynadığını açıq şəkildə dilə gətirən Azərbaycan lideri düşmənə bəlkə də, sonuncu dəfə idi ki, xəbərdarlıq edirdi. Bu xəbərdarlıqda 44 günlük Vətən müharibəsində Ordumuzun düşmənə vurduğu və yarası heç vaxt sağalmayacaq ağır zərbələr xatırladıldı, eyni zamanda, müharibədən sonrakı revanşist təxribatlara cavab olaraq keçirdiyimiz “Fərrux”, “Qisas” və “Sərhəd” əməliyyatlarına toxunuldu. Bütün bunların Ermənistan üçün ciddi dərs çıxarmağa kifayət olduğunu dilə gətirən Prezident, baş verənlərə rəğmən bizim yenə də sülh tərəfdarı olduğumuzu bildirərək, uzadılan sülh əlinin və məğlub tərəfə irəli sürdüyümüz sülh təşəbbüslərinin dəyərləndirilməsinin nə dərəcədə vacib olması ilə bağlı ciddi arqumentlər səsləndirildi”, - deyə politoloq diqqətə çatdırıb.

X.Bəşirov bildirib ki, qlobal səviyyədə belə, düşmənə havadarlıq edən dövlətlərin bizə münasibətdə təxribat xarakterli siyasi və diplomatik hücumlarını uğurla dəf etdiyimizə dair proseslərin detallarını dilə gətirən Prezident Ermənistan rəhbərliyinin diqqətinə onu da çatdırıb ki, onlar elə havadarlarının iştirakı ilə Qarabağın da ayrılmaz tərkib hissəsi olduğu Azərbaycanın ərazi bütövlüyünü Avropada dilə gətirdiklərini, Rusiyada isə imzaladıqlarını unutmamalıdırlar. Bundan başqa bizim onlara rəsmi olaraq keçən ilin mart ayında baza prinsipləri və bütün dünyada qəbul edilmiş normalar çərçivəsində etdiyimiz sülh təkliflərini qəbul etdiklərini də dana bilməzlər. Ermənistan bütün bunları nəzərə alaraq sülh təşəbbüslərimizi ciddi qəbul etməli və imzalanmış sənədlərə, əldə edilmiş razılaşmalara uyğun addımlar atmalıdır. Çünki multikultural dəyərlərə hörmətlə yanaşan və tolerantlığı ilə bütün dünyaya səs salan Azərbaycanın tarixi qələbəmizdən sonra dostlarının sayı artmaqda, düşmənlərinin çevrəsi isə daralmaqda davam edir.

“Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında güc və hücum diplomatiyası ilə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dostlarımızın sayının ciddi şəkildə artmasına səbəb olan zərif və incə diplomatiyası da var. Təkcə müharibə dövründə deyil, siyasi və diplomatik mübarizə dönəmində də dövlətimizin və onun rəhbərliyinin ətrafında dəmir yumruq kimi birləşib əliyalın olaraq ilin ən çətin günlərində belə sinələrini sipər edərək xalqımızın və dövlətimizin maraqları naminə yollarımızdan biri olan Laçın yolunda etiraz edən vətəndaş cəmiyyətinə sahibik. Paralel şəkildə və çox uğurla yürütdüyümüz bu diplomatiya və bu diplomatiyanı yürüdən dövlətin ətrafında sıx birləşən xalqımızın birliyi qarşısında dəf edə bilməyəcəyimiz ermənipərəst qüvvə ola bilməz”, - deyən Xəyal Bəşirov fikirlərini yekunlaşdırıb.