Menu
Xəbər Lenti
69 ölkədən tarixi qərar
16-10-2026, 06:31

69 ölkədən tarixi qərar

Ulduz yox, meteor yağacaq
13-10-2026, 08:33

Ulduz yox, meteor yağacaq

12 Şub 07:53Siyasət

Azərbaycan səfirliyi Türkiyədəki vətəndaşlarımıza müraciət edib

Azərbaycanın Ankaradakı səfirliyi Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrində məskunlaşmış Azərbaycan vətəndaşlarına müraciət edib.

AZƏRTAC xəbər verir ki, bu barədə səfirlik tviterdə paylaşım edib.

Paylaşımda qeyd olunub: “Zəlzələdən zərər çəkmiş bölgələrdə məskunlaşmış Azərbaycan Respublikası vətəndaşları təxliyə üçün +90 535 577 61 68 nömrəli qaynar xətt vasitəsilə səfirliklə əlaqə saxlaya bilərlər. Təxliyə yalnız zəlzələ bölgəsinə aiddir”.