Menu
Xəbər Lenti
FHN daha bir təlim keçirdi
9-07-2026, 10:33

FHN daha bir təlim keçirdi

Sabah yağış yağacaq
8-07-2026, 12:25

Sabah yağış yağacaq

Bəzi rayonlarda leysandır
8-07-2026, 11:58

Bəzi rayonlarda leysandır

27 Ekm 10:05Cəmiyyət

Azərbaycanda koronavirusa qarşı bir vaksinin istifadəsi dayandırıldı

Azərbaycanda koronavirusa qarşı bir vaksinin istifadəsi dayandırıldı

Bir müddət öncə “Sputnik V” vaksinini hazırlayan Hamaley adına mərkəzin direktoru Aleksandr Ginzburq sözügedən vaksinin yeni COVID-19 ştamlarından qorumadığını bildirib. Onun sözlərinə görə, “Sputnik V”nin orijinal variantı ilk iki il ərzində COVID-19-dan qoruyub, lakin yeni ştamların meydana çıxması ilə onun effektivliyi azalmağa başlayıb. Ginzburq, həmçinin əlavə edib ki, bu gün “Sputnik V” vaksini, ümumiyyətlə, COVİD-19-dan qorumur.
Bəs hazırda Azərbaycanda “Sputnik V” peyvəndindən istifadə edilir?
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Trend”in sorğusuna cavab olaraq bildirilib ki, hazırda Azərbaycanda “Sputnik V” peyvəndindən istifadə olunmur.
Qeyd edək ki, Azərbaycanda oktyabrın 16-dan 22-nə qədər koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 969 897, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 570, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 373, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 524, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 430 təşkil edir.
Xatırladaq ki, Azərbaycanda Çinin “SINOVAC”, İngiltərənin “AstraZeneca/Vaxzevria”, Almaniyanın “Biontech/Pfizer” və Rusiyanın “Sputnik V” vaksinləri tətbiq olunurdu.