Xəbər Lenti
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
24-05-2026, 10:31
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
22-05-2026, 13:42
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
22-05-2026, 13:22
Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
20-05-2026, 16:01
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
20-05-2026, 15:19
Televiziyanın sonunu gətirən yeni rəqib. Dəyişiklik olmasa… – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov yeni media haqqında
20-05-2026, 15:14
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
24 Ara 18:28Cəmiyyət
Postmüharibə dövründə 102 min vətəndaşa 114 min sosial ödəniş təyin olunub
44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbədən sonra Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi genişmiqyaslı sosial dəstək proqramlarının icrasına başlayıb. Həmin proqramlar içərisində ən vaciblərindən biri şəhid ailələri və müharibə əlillərinin mənzil təminatıdır. Postmüharibə dövründə bu gün təqdim edilən 50 mənzil də daxil olmaqla şəhid ailələri və müharibə əlillərinə 4 min 300 mənzil və fərdi ev təqdim edilib. Ümumilikdə isə ötən dövr ərzində həmin qəbildən olan vətəndaşlara 13 min 100 mənzil və fərdi ev təqdim edilib. Bu il planımız 1500 belə mənzilin verilməsi idi ki, onlardan 1300-ü verılıb.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli deyib.
Nazir müavini bildirib ki, müharibə əlillərinin sosial təminatı proqramı çərçivəsində digər vacib istiqamət onların avtomobillə təminatıdır. Postmüharibə dövründə 300-dən çox avtomobil, ümumilikdə isə ötən dövr ərzində 7500 avtomobil həmin kateqoriyadan olan vətəndaşların istifadəsinə verilib.
“Nazirlik tərəfindən postmüharibə dövründə həyata keçirilən dəstək proqramları çərçivəsində 121 min vətəndaşa 260 min xidmət göstərilib. Onların arasında 102 min vətəndaşa 114 min sosial ödəniş təyin olunub. 16 min 700 vətəndaşa birdəfəlik ödəmə, 2 min 800 vətəndaşa sığorta ödənişləri həyata keçirilib, 11 min vətəndaşa 36 mindən çox sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri göstərilib. 1766 sağlamlığını itirmiş vətəndaş 30 mindən çox reabilitasiya vasitələri, 379 sağlamlığını itirmiş hərbçi 394 yeni dördüncü nəsil protezlərlə təmin olunub. Bundan başqa, 16 mindən çox vətəndaş aktiv məşğulluq proqramlarına, 9 min 400 vətəndaş isə özünüməşğulluq proqramına cəlb edilib. Digər vacib istiqamət vahid əlaqələndirmə mərkəzlərinin fəaliyyətidir. Həmin mərkəzlərdə 70 mindən çox vətəndaşa xidmət göstərilib”, - deyə V.Nəsirli qeyd edib.