Menu
Xəbər Lenti
FHN daha bir təlim keçirdi
9-07-2026, 10:33

FHN daha bir təlim keçirdi

Sabah yağış yağacaq
8-07-2026, 12:25

Sabah yağış yağacaq

Bəzi rayonlarda leysandır
8-07-2026, 11:58

Bəzi rayonlarda leysandır

04 Ock 22:49Cəmiyyət

Bir sıra ölkələrdə heyvan xəstəlikləri ilə əlaqədar tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb

Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Danimarka Krallığının, Lesoto Krallığının, Laos Xalq Demokratik Respublikasının, İsveç Krallığının, Şimali Makedoniya Respublikasının və Rumıniyanın bəzi inzibati ərazi vahidlərində qeydə alınmış aşağı və yüksək patogen quş qripi, blutanq, Nyukasl xəstəlikləri aradan qaldırılıb.

Həmin ölkələrin bəzi ərazilərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən qeyd olunan xəstəliklərin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və xəstəliyə görə epizootik sağlamlıq statusu bərpa olunub.

Bununla əlaqədar, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi” nəzərə alınaraq, aşağı və yüksək patogen quş qripi, blutanq, Nyukasl xəstəliklərinə görə qeyd edilən ölkələrin bəzi inzibati ərazi vahidlərinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır