Menu
Xəbər Lenti
İkram Kərimov vəfat etdi
2-08-2026, 10:01

İkram Kərimov vəfat etdi

Bu gün imtahan var
2-08-2026, 09:57

Bu gün imtahan var

İrana hücumu ləğv etdi
2-08-2026, 09:53

İrana hücumu ləğv etdi

Prezidentlər təltif olundu
31-07-2026, 10:05

Prezidentlər təltif olundu

18 Ock 16:05Cəmiyyət

Ötən il 186 mindən çox şəxs birdəfəlik müavinət alıb

Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ilkin məlumatlara əsasən 2023-cü ilin əvvəlində ölkədə pensiyaçıların sayı 1 milyon 115 min nəfərə yaxınlaşaraq ölkə əhalisinin 11 faizini təşkil edib.

Həmin dövrdə 417 min nəfər aylıq sosial müavinət, 382 min nəfər isə Prezident təqaüdü alıb. 2022-ci il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına təyin olunmuşlar da daxil olmaqla birdəfəlik müavinət alanların sayı 186 min nəfərdən çox olub.

İlkin məlumatlara əsasən 2023-cü ilin əvvəlinə 66 minədək aztəminatlı ailənin 292 mindən çox üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği təxminən 88 manat təşkil edib.