Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

02 Mrt 21:17Cəmiyyət

Pensiya, müavinət, təqaüd və ünvanlı yardımlar üzrə əhaliyə 1 milyard 288 milyon manat ödənilib

2023-cü ilin yanvar-fevral aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 207 milyon manat və ya 19,1 faiz çox olmaqla 1 milyard 288 milyon manat ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən yeni sosial islahat paketi çərçivəsində 2023-cü ilin əvvəlindən müavinət və təqaüdlər növbəti dəfə artırılaraq, minimum pensiya fevralın 1-dən 240 manatdan 280 manata çatdırılıb.

Həmçinin 2022-ci ildə pensiyaçılara verilən maddi yardımlar bu ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilib və həmin artım edildikdən sonra həmin pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olmaqla 14,7 faiz indeksləşdirilərək artırılıb.