Menu
Xəbər Lenti
Bu gün Aşuradır
Bugün, 08:59

Bu gün Aşuradır

Neftimiz bahalaşdı
3-07-2025, 08:59

Neftimiz bahalaşdı

Azərbaycan polisi and içir
2-07-2025, 13:01

Azərbaycan polisi and içir

21 Ock 18:35Cəmiyyət

Ötən il sosial müavinətlər üzrə 37 faiz çox olmaqla 806 milyon manat ödənilib

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 478 min nəfər sosial müavinətlə, 368 min nəfər Prezidentin aylıq təqaüdü ilə təmin olunub.

Bu barədə AZƏRTAC-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, sosial müavinətlər üzrə 37 faiz çox olmaqla 806 milyon manat, Prezident təqaüdləri üzrə 30 faiz çox olmaqla 541 milyon manat ödənilib.

Sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 429 min, o cümlədən ötən il 208 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.