Menu
Xəbər Lenti
Bakıda ev yanıb
Dün, 09:30

Bakıda ev yanıb

Növbəti qələbəmiz
26-04-2024, 19:38

Növbəti qələbəmiz

“Qaynarinfo” 17 yaşında
25-04-2024, 11:41

“Qaynarinfo” 17 yaşında

BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:42

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

19 Ock 16:01Cəmiyyət

Qida sahəsində fəaliyyət göstərən 21 müəssisədə nöqsanlar aşkar olunub

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 18-də respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 35 ticarət müəssisəsi və 9 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 21 müəssisədə nöqsanlar aşkar olunub.

Həmin müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə əlaqədar 16, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 9, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 3, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 10, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 1 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr haqqında http://afsa.gov.az/az/media/news_details/3819 linki vasitəsilə məlumat almaq mümkündür.