Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

22 Ock 21:02Cəmiyyət

Bu ilin sonunadək ölkəmizdə orta aylıq əməkhaqqı 900 manata çatacaq

Bu ilin sonunda ölkədə orta aylıq əməkhaqqının 900 manata yüksəlməsi gözlənilir. Bu da ötən ilkindən təxminən 100 manat çox olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yanvarın 23-də keçilən iclasında komitə sədri Musa Quliyev deyib.

O bildirib ki, builki sosial islahatın məqsədi vətəndaşların sosial müdafiəsini təmin etməkdir. Prezident İlham Əliyevin Sərəncamı ilə ölkədə minimum əməkhaqqı 300 manatdan 345 manata çatdırılıb. 750 mindən çox vətəndaşımızın əməkhaqqının yüksəlməsinə, eyni zamanda, vahid tarif cədvəli üzrə əməkhaqqı alan hər kəsin əməkhaqqının təxminən 20 faiz yüksəlməsinə gətirib çıxaracaq. Əməkhaqlarının 15 faiz artması bütövlükdə orta aylıq əməkhaqqının artmasına səbəb olacaq.