Menu
Xəbər Lenti
FHN daha bir təlim keçirdi
9-07-2026, 10:33

FHN daha bir təlim keçirdi

Sabah yağış yağacaq
8-07-2026, 12:25

Sabah yağış yağacaq

Bəzi rayonlarda leysandır
8-07-2026, 11:58

Bəzi rayonlarda leysandır

26 Ock 22:31Cəmiyyət

Gəncənin Gülüstan qəsəbəsində aptekdə nöqsanlar aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Gəncə şəhərinin Gülüstan qəsəbəsində “Dokta” MMC-yə məxsus aptekdə aparılan yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub.

Baxış zamanı aptekdə çalışan işçilərin məcburi tibbi müayinədən keçmədiyi, həmçinin satışı həyata keçirilən “Nutrilak” əmtəə nişanlı uşaq qidalarının etiketində digər dillərə yanaşı, Azərbaycan dilində məlumatların olmadığı məlum olub.

Faktla əlaqədar sahibkar barəsində inzibati qaydada tədbir görülüb, uyğunsuzluqların aradan qaldırılmasına dair icrası məcburi göstərişlər verilib.