Menu
Xəbər Lenti
Bu ərazilərdə leysan var
20-07-2026, 09:45

Bu ərazilərdə leysan var

Vens 4-cü dəfə ata oldu
20-07-2026, 09:41

Vens 4-cü dəfə ata oldu

Şəhid övladları Fransada
19-07-2026, 09:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 08:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 09:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 09:14

Sən kimə dua edirsən?..

İsrail parlamenti buraxıldı
17-07-2026, 11:48

İsrail parlamenti buraxıldı

31 Ock 16:00Cəmiyyət

61 ticarət və 20 ictimai iaşə müəssisəsində mənşəyi məlum olmayan məhsul aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində satış şəbəkələrində məhsulların qida təhlükəsizliyi sahəsində tələblərə uyğunluğunun müəyyən edilməsi məqsədilə 2022-ci il noyabrın 1-dən 2023-cü il yanvarın 19-dək ümumilikdə 1584 ticarət və 662 ictimai iaşə müəssisəsində monitorinq həyata keçirilib. Monitorinq zamanı 61 ticarət və 20 ictimai iaşə müəssisəsində mənşəyi məlum olmayan, minimum keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən müşayiətedici sənədləri olmayan 468,86 kiloqram qatıq, 39 litr süd, 170,115 kiloqram pendir, 7 kiloqram şor, 1 kiloqram süzmə, 1006 kiloqram müxtəlif növ turşu, 226,5 kiloqram müxtəlif növ mürəbbə, 40,3 kiloqram üzüm tənəyi, 24 kiloqram yağ, 14 litr nar şirəsi, 20 kiloqram düşbərə, 3,85 kiloqram marinə edilmiş mal əti, 10 kiloqram şirniyyat, 4 litr şərab, 2 litr kompot, 5 ticarət müəssisəsində isə əsas qablaşdırmanın üzərində etiketlənmə təmin olunsa da, satış vitrinində çəki ilə satılan məhsulların üzərində istehsal, son istifadə tarixi və s. məlumatları olmayan 67,4 kiloqram pendir məhsulu aşkarlanıb.

Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq həmin məhsullar satışdan kənarlaşdırılaraq müəssisə rəhbərlərinə icrası məcburi göstərişlər verilib.