Xəbər Lenti
10-04-2026, 10:24
Ağcabədidə Qarabağ və Şərqi Zəngəzur regionundan olan gənclər üçün “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi başlayıb.
9-04-2026, 12:29
Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
8-04-2026, 13:15
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
8-04-2026, 11:42
Xırdalanda 1 saylı orta məktəbdə nə baş verir? — Məktəb direktoru pul yığımına başlayıb
17 Şub 06:52Cəmiyyət
Borc və kredit müqavilələrinin tənzimlənməsi mexanizmi təkmilləşdirilir
Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi ikinci oxunuşda təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin fevralın 17-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Layihə mülki hüququn institutu olaraq borc müqaviləsi və onun tərkib hissəsi sayılan kredit müqaviləsi üzrə münasibətlərin mülki qanunvericilik çərçivəsində tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi, xüsusilə bu sahədə borcalanların hüquqlarının qorunmasının təmin edilməsi, habelə Məcəllənin əqdlərlə və öhdəliklərlə bağlı bəzi normalarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Sənədə əsasən, Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun pul məbləğini ödəməsini gecikdirməsinə görə kreditorun tələb edə biləcəyi məbləğ məhdudlaşdırılır. Bununla yanaşı, əqd, o cümlədən müqavilə ilə bağlı bir sıra tələblərin, habelə öhdəliyin icrası ilə bağlı bir sıra müddəaların yalnız müqavilə ilə deyil, eyni zamanda, məcəllə, qanun və digər normativ hüquqi aktlarla tənzimlənməsi zərurətini nəzərə alaraq, bu barədə müvafiq maddələrə düzəlişlər təklif olunur. Məcəllənin müvafiq maddələrində, həmçinin kredit müqaviləsinin bağlanma qaydası və məzmununa tələblər, kredit müqaviləsi üzrə illik faiz dərəcəsinin hesablanması, öhdəliyin təminatının itirilməsi və yaxud dəyərinin azalmasının hüquqi nəticələri, borc vaxtından əvvəl ödənildikdə borcverənin zərərin əvəzinin ödənilməsi üçün kompensasiya tələb etməsi, ödəniş üsullarından asılı olaraq ödəniş vaxtının hesablanması qaydası, kredit müqaviləsindən irəli gələn tələblər üzrə iddia müddəti, kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlərin hesablanma qaydası və sair məsələlər tənzimlənir. Məcəlləyə bir sıra digər düzəlişlərin edilməsi də nəzərdə tutulur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır