Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
14 Mrt 17:14Dünya
“Arabnews”: Biz İranın Səudiyyə Ərəbistanına qarşı 40 illik düşmənçiliyinin bir anda yox olacağını gözləmirik
Biz İranın Səudiyyə Ərəbistanına qarşı 40 illik düşmənçiliyinin və regional təhlükəsizliyə xələl gətirən fəaliyyətinin bir anda yox olacağını gözləmirik.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Səudiyyə Ərəbistanının ingilis dilində nəşr olunan nüfuzlu “Arabnews” qəzetinin baş redaktoru Faysal Abbasın məqaləsində yer alıb. Müəllif qeyd edib ki, keçən həftə Çinin vasitəçiliyi ilə baş tutan sürpriz Səudiyyə-İran paktı ətrafında çoxlu müzakirələr və təhlillər aparıldı, lakin ekspertlər xatırlamalıdırlar ki, diplomatik əlaqələri bərpa etmək və bir-birinin işlərinə qarışmamaq barədə razılaşma hələ ilk addımlardır. Buna baxmayaraq, Səudiyyə rəhbərliyinin sülhə şans verməsi Ər-Riyadın məsuliyyət və məntiq prizmasından yanaşmasının əlamətidir. Əgər İran 1979-cu ildə qalmaq istəyirsə, bu, onun rəhbərliyinin seçimidir. Səudiyyə Ərəbistanının rəhbərliyi iqtisadiyyatı şaxələndirmək, yeni sektorlar açmaq, turizm sektorunu inkişaf etdirmək və dünya səviyyəli idman və əyləncə tədbirlərinə ev sahibliyi etməyi hədəfləyir və bütün bunları zəhlətökən bir qonşunun (İranın-red.) gündəlik təhdidləri olmadan asanlıqla həyata keçirmək mümkündür.
Baş redaktor yazır ki, son bir neçə gündə baş verənlər nikbinlik doğurur. İran Xarici İşlər Nazirliyi bildirib ki, Ər-Riyadla olan yumşalma atmosferi Yəməndə Tehranın dəstəklədiyi husi qiyamçılarının Səudiyyə Ərəbistanının mülki əhalisini və şəhərlərini hədəf almasını dayandıra bilər.
Məqalədə qeyd olunub ki, mənbələr Çinin iki ölkə arasında münasibətlərin normallaşdırılması təşəbbüsünün Çin Xalq Respublikasının Sədri Si Cinpinin ötən ilin dekabrında Krallığa səfəri zamanı meydana çıxdığını bildiriblər. Səfər zamanı rəhbərlik səviyyəsində söhbət olub, orada İranın bədnam fəaliyyətinin Çinin milli təhlükəsizliyini və digər maraqlarını necə təhdid etdiyi aydın şəkildə göstərilib. Səudiyyə Ərəbistanı Çinə gündə 1,7 milyon barreldən çox neft ixrac edir ki, bu da Pekin üçün çox vacibdir. İran və ya onun silahlıları Səudiyyə Ərəbistanının neft infrastrukturuna zərbə endirdikdə, Çin də bundan təsirlənir. İranın hərəkətləri dəniz təhlükəsizliyini təhdid edəndə, Çin ehtiyac duyduğu nefti ala bilmir və onun məhsulları Yaxın Şərqdəki nəhəng bazarlara çıxa bilmir. Bundan başqa, İranın müdaxiləsi nəticəsində Çinin ixracatı və “Bir kəmər, bir yol” təşəbbüsü” də zərərə uğrayır. Təsəvvür edin ki, Suriya, Livan, İraq və Yəmən fəal şəkildə Çin məhsullarını istehlak edirdi. Tehranın qeyri-konstruktiv siyasəti həmin ölkələrdə sabitliyə zərbə vurub və iqtisadiyyat tamamilə məhv olub.
Müəllif diqqətə çatdırıb ki, Çin regionda heç bir müstəmləkə keçmişi və təcavüz tarixi olmayan neytral mövqeyə malikdir. Yaxın Şərq münaqişələrinin əksəriyyətində Pekin neytral qalıb və öz siyasətini ticarətə yönəldib. İran üzərində təsir rıçaqları baxımından Çin ən münasib olan dövlətdir. Pekin 25 il ərzində İrana 400 milyard dollar, o cümlədən neft və qaz yataqlarının işlənməsinə 280 milyard dollar sərmayə qoymağı öhdəsinə götürüb. Çin İranın ən böyük ticarət tərəfdaşıdır və bu razılaşmaya zəmanət verməklə, qlobal supergüc kimi imici baxımından çox şeyi riskə atıb. Lakin İran öhdəliklərinə əməl etsə və regionda sabitliyi pozmasa, Pekinin uğuru təmin edilə bilər. Əlbəttə, bunu zaman göstərəcək. Hazırda cücərtiləri yaranan optimizmin davam etməsi İraq, Livan və Suriya kimi ölkələrdə Tehranın dəstəklədiyi bədxah fəaliyyətlərə son qoymaqla yanaşı, İranın keçmişdə yürütdüyü siyasətdən əl çəkməsindən asılı olacaq. Məhz buna görə, son bir neçə gündə bəyan edildiyi kimi, Ər-Riyadı razılaşmaya inandırmaq üçün Tehrandan daha çox vaxt tələb edilməsi məntiqlidir.
Məqalənin sonunda Səudiyyə Ərəbistanının İranla bağlı siyasətdə atdığı son addımlar böyük Çin strateqi Sun Tszunun “Müharibə sənəti” əsərindəki aforizm ilə əsaslandırılır: “Döyüşmədən düşməni ram etmək, məharətin zirvəsidir”.