Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
19 Mrt 09:46Dünya
İsveçrənin ən böyük bankı müştərilərin etimadını itirərək çətin vəziyyətə düşüb
İsveçrənin ən böyük bankları arasında yer alan “Credit Suisse“ (CS) maliyyə bazarlarında müştərilərin etimadını itirərək çətin vəziyyətə düşüb. Həm İsveçrədə, həm də dünyada mümkün maliyyə böhranını önləmək üçün günlərdən bəri bankın xilası ətrafında müzakirələr gedir.
AZƏRTAC xəbər verir ki, İsveçrənin ən böyük bankı olan UBS (Union de Banques Suisses) “Credit Suisse“ bankının səhmlərini almağa hazır olduğunu elan edib. Bank bunun üçün İsveçrə dövlətindən altı milyard ABŞ dolları həcmində dövlət zəmanəti tələb edir.
Qeyd edilməlidir ki, bir neçə gün əvvəl İsveçrə Milli Bankı (SNB) “Credit Suisse“ bankına 50 milyard İsveçrə frankı həcmində kredit ayırmışdı. Lakin dünyanın aparıcı ölkələrinin mərkəzi bankları SNB-yə qarşı təzyiqləri davam etdirərək, bankı xilası üçün plan hazırlanmasını tələb edirlər. Əks halda, bir sıra ölkələrdə maliyyə tənzimləyiciləri öz banklarına CS ilə maliyyə əməliyyatları aparmağı qadağan edə bilərlər.
İsveçrə hökuməti yaranmış vəziyyəti nəzərə alaraq, bankın xilası üçün yenidən növbədənkənar iclas keçirir. Məqsəd beynəlxalq birjalar açılana kimi bankın gələcək taleyi ilə bağlı siyasi qərarı ictimaiyyətə açıqlamaq və maliyyə bazarlarında gərginliyi azaltmaqdır.