Xəbər Lenti
10-04-2026, 10:24
Ağcabədidə Qarabağ və Şərqi Zəngəzur regionundan olan gənclər üçün “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi başlayıb.
9-04-2026, 12:29
Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
8-04-2026, 13:15
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
08 Ağu 15:26Dünya
Rusiya dost olmayan ölkələrlə vergi müqavilələrini dayandırdı

Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasının dost olmayan 37 ölkə, o cümlədən ABŞ ilə vergi müqavilələrinin bəzi müddəalarının dayandırılması haqqında fərman imzalayıb.
Bu barədə TASS məlumat yayıb.
İyun ayında Rusiya Maliyyə Nazirliyi güzəştli vergi rejimi tətbiq edən və ya maliyyə əməliyyatları apararkən oraya dost olmayan dövlətləri əlavə edib. Əgər əvvəllər qara siyahıya Panama, Britaniya Virciniya adaları, Seyşel adaları kimi ofşor şirkətlər daxil idisə, indi Aİ ölkələri (o cümlədən Hollandiya, Kipr, Lüksemburq), Böyük Britaniya, İsveçrə, ABŞ, Kanada, Cənubi Koreya, Sinqapur və Tayvandır.























































