Xəbər Lenti
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
24-05-2026, 10:31
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
22-05-2026, 13:42
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
22-05-2026, 13:22
Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
09 Ağu 16:59Dünya
İranda daha 5 nəfər edam edildi

İranın Şərqi Azərbaycan əyalətinin Merend şəhərində təcavüzdə təqsirli bilinən 5 məhbus edam edilib.
Bu barədə ölkənin "Mizan" informasiya agentliyi məlumat yayıb.
Bildirilir ki, Merend şəhərinin İnqilab və Baş prokuroru Yusif Ziya Mehr “təcavüz” ittihamı ilə edam cəzasına məhkum edilmiş 5 nəfərin edam edildiyini açıqlayıb.
Sözügedən şəxslərin 2022-ci ilin may ayında bir qadının şikayəti ilə tutulduğunu bildirən Ziya Mehr, müttəhimlərin məhkəmədə cinayətlərini etiraf etdiklərini və ölüm cəzasına məhkum edildiyini bildirib.
İran prokuroru edamların məhkəmənin qərarını Ali Məhkəmənin qüvvədə saxlamasından sonra həyata keçirildiyini bildirib.





















































