Xəbər Lenti
18-08-2025, 14:42
Azərbaycanda keçirilən “Beat the Heat Vol. IV” yay universiteti layihəsi uğurla yekunlaşıb
16-08-2025, 10:15
Alyaskanın ev sahibi Putin, iki böyük qələbə qazanan Putin, razı qalan Tramp… – Beynəlxalq media icmalı
28 Ağu 06:55Dünya
Rusiyanın Ukraynaya "Kalibr" raketlərinin ehtimal olunan buraxılışları qeydə alınıb
Rusiyanın “Kalibr” qanadlı raketlərinin Qara dənizdən mümkün buraxılışları qeydə alınıb. Ukraynanın bir sıra bölgələrində hava xəbərdarlığı elan edilib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin rəsmi teleqram kanalında məlumat verilib.
Qeyd edilir ki, Nikolayev, Xerson, Dnepropetrovsk, Zaporojye, Odessa, Kirovoqrad, Çerkassı, Donetsk, Xarkov, Poltava və Sumı vilayətləri üçün raket təhlükəsi yaranıb.
"Qara dənizdən "Kalibr" qanadlı raketlərinin ehtimal olunan buraxılışları aşkar edilib. Sığınacaqlarda qalın!", - teleqram kanalında yazılıb.