Xəbər Lenti
19-03-2026, 08:10
200-dən çox sakini bir araya gətirən İlaxır Çərşənbə: Azur Residence-də yeni idarəetmə özünü sübut etdi
18-03-2026, 09:13
Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 54 nəfər işdən çıxarıldı - ÖZƏL
01 Eyl 07:02Dünya
ABŞ-də ticarət mərkəzinin yaxınlığında atışma olub, ölən və yaralananlar var
ABŞ-nin Texas ştatının Ostin şəhərində ticarət mərkəzinin yaxınlığında naməlum silahlı şəxs atəş açıb, nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "NBC News" polisə istinadən məlumat yayıb.
Daha sonra polis şübhəlinin də öldüyünü bildirib. Hüquq-mühafizə orqanları onun hansı şəraitdə öldüyünü dəqiqləşdirməyiblər.
İlkin olaraq bir neçə hadisə şahidi partlayış səsləri eşitdiklərini bildiriblər, bu səbəbdən də bir qrup bomba mütəxəssisi ərazidə axtarış aparıb. Heç bir partlayıcı və ya şübhəli əşya aşkar edilməyib.























































